KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: ABŞ və AB dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar

Elhan Şahinoğlu: ABŞ və AB dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
287 0

Kreml sahibi Vladimir Putin sanksiyalardan çəkinsəydi 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbass separatçılarına dəstək verməzdi. Sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir. ABŞ prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbasla əlaqəni qadağan etməsidir. Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbass böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətinə marağı olsun və əksinə Donbassın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək.

Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbası Rusiya ərazisi kimi tanısınlar. Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bugünə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək.

Çinin özünün ərazi bütövlüyü və separatçılıq problemi var və məntiqlə Ukraynaya da eyni pirzmadan yanaşmalıdır. Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çin bundan başqa Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir.

Buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb. Halbuki, ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyrçi qalıb. Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu Ukraynanın parçalanması deməkdir. Diqqəti çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərb ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir