KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elçin XALİDBƏYLİ: “Fransa Cənubi Qafqazda pozuculuq fəaliyyəti göstərir…”

Elçin XALİDBƏYLİ: “Fransa Cənubi Qafqazda pozuculuq fəaliyyəti göstərir…”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
240 0

“Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyinin arxasında bir çox məqamlar gizlənir. Birincisi, özündən az qala iki dəfə yaşlı olan arvadının sərvəti və pulları hesabına prezident postuna sahiblənmiş bu adamın babalarından birinin erməni olduğu bildirilir. Ona görə də həyatını alfons olaraq özündən yaşlı qadın hesabına planlayan E.Makronun erməniləri dəstəkləməsi qətiyyən təəccüblü deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, Fransa siyasətçiləri erməni diasporundan asılı vəziyyətdədir:

“Fransa siyasətçiləri seçkilərdə ermənilərin səslərini almaq üçün “siyasi meymunluğa” vərdiş ediblər. E.Makron da erməni diasporuna xoş gəlmək üçün həmişəki kimi “üç meymunu” oynayır. Yəni, Fransa müəyyən mənada, ermənilərin idarə etdiyi dövlətə çevrilib. Üçüncüsü, Fransanın xarici siyasətində türk düşmənliyi xüsusi yer tutur. Ona görə də, Fransanın həmişə Azərbaycan və Türkiyənin əleyhinə mövqe tutması, əsas fəaliyyətini türk dövlətlərinə qarşı yönəltməsi qeyri-adi hadisə deyil. E.Makronun Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaqda və sərhəd toqquşmalarını təşkil etməkdə suçlaması isə riyakarlıqdan başqa bir şey deyil. Çünki aentyabr hadisələrinin ABŞ və Fransanın sifarişi ilə törədilən Ermənistanın hərbi təxribatları ucbatından baş verdiyini indi artıq hər kəs bilir. Minsk Qrupunun ləğv edilməsindən sonra ABŞ və Fransa yenidən Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün Ermənistana hərbi təxribatlar törətmək sifarişi verməkdə davam edirlər. Ona görə də savaşda məğlub olmuş Ermənistan ABŞ və Fransaya güvənərək, yekun sülh sazişinin imzalanması prosesini uzatmağa çalışır. Yəni, Cənubi Qafqazda Rusiyadan daha çox məhz ABŞ və Fransa pozuculuq fəaliyyəti göstərir”.

E. Xalidbəylinin sözlərinə görə Makronun fikirlərinin əksinə olaraq, Rusiya heç Ermənistanı zəiflətməyə çalışmayıb:

“Əksinə, Rusiya ermənilər üçün Azərbaycanın tarixi ərazilərində süni şəkildə qondarma Ermənistan dövləti yaradıb. Kreml Ermənistanı həmişə müdafiə edib, silahlandırıb, gücləndirməyə çalışıb. Son 30 il ərzində Rusiya ilə yanaşı, Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa problemin həllini ortaq şəkildə uzadıblar. Fransa həmişə birmənalı şəkildə ermənipərəst mövqe tutub. Fransa heç vaxt tərəfsiz ölkə olmayıb. Yəni, bütün bunları nəzərə aldıqda, E.Makronun öz açıqlamaları ilə həmişə olduğu kimi yenə də “siyasi meymunluq” etdiyi qətiyyən şübhə doğurmur”.

Gülnarə Abasova, Editor.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir