KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Elçin XALİDBƏYLİ: “Ərdoğanın Putinə uzatdığı “xilas kəməri” yetərli deyil

Elçin XALİDBƏYLİ: “Ərdoğanın Putinə uzatdığı “xilas kəməri” yetərli deyil

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
331 0

Sergey Lavrov Türkiyədən məyus qayıdır…”

İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Ankaradakı görüş zamanı tərəflər Ukrayna, Suriya, Əfqanıstan böhranını, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, dünənTürkiyənin milli müdafiə naziri Hulusi Akar da rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparıb. Nazirlər Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Söhbət zamanı əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətə yönəlib.

“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Gundem.az-a açıqlamasında bildirib ki, Rusiya hazırda “hərbi-siyasi labirintə” düşüb. Kreml nə qədər cəhd etsə də, hələlik bu “labirint”dən çıxış yolu tapa bilmir:

“Hətta Rusiya elə ağır durumdadır ki, bu ölkənin xarici işlər nazirinin Serbiyaya rəsmi səfərini Bolqarıstan, Qaradağ və Şimali Makrdoniya kimi kiçik ölkələr belə, bloklamağa cəsarət edir. Belə vəziyyətdə Türkiyənin Ukrayna savaşı ilə bağlı vasitəçilik missiyası Rusiya üçün taleyüklü xarakter daşıyır. Ancaq hazırda Türkiyənin vasitəçilik missiyası Rusiyaya yalnız siyasi manevrlər üçün imkanlar aça bilər. Bu missiyanın real nəticələr verəcəyinə ümid bəsləmək sadəlövhlük olardı. Çünki, rəsmi Kiyev hazırda yalnız sülh danışıqlarına hazır olduğunu bəyan etməklə kifayətlənir. Ukraynanın sülh danışıqları ilə bağlı şərtləri isə Rusiyanın hədəfləri ilə kəskin ziddiyyət təşkil edir”.

Ekspertin sözlərinə görə, Kreml Ukrayna ilə anlaşmaq üçün işğal edə bildiyi bütün əraziləri öz əlində saxlamağı hədəfləyir:

“Rəsmi Kiyev isə Kremldən sülh danışıqlarının başlanmasının ilkin şərti kimi Rusiya qoşunlarının savaşdan öncəki sərhədlərə çəkilməsini tələb edir. Təbii ki, Kreml bütün bunlarla razılaşmaq niyyətində deyil. Bu baxımdan, Türkiyənin Rusiya və Ukrayna təmsilçilərini danışıqlar masası arxasına əyləşdirə bilməsi o qədər də asan deyil. Əsas problem odur ki, Ukrayna öz mövqeyini ilk növbədə ABŞ və Böyük Britaniya ilə razılaşdırır. Rəsmi Kiyev bu iki dövlətin razılığı olmadan Rusiya ilə sülh danışıqlarına başlamaq niyyətində deyil. Rəsmi Kiyevin Rusiya üçün qəbuledilməz sayıla biləcək tələblər irəli sürməsi də məhz bu reallıqla birbaşa bağlıdır”.

Analitikin fikrincə, göstərilən bütün cəhdlərə baxmayaraq, yaxın vaxtlarda Ukrayna savaşının dayandırılması inandırıcı görünmür:

“Yəqin ki, sülh danışıqlarına başlanılması ilə bağlı müzakirələr hələ uzun müddət davam edəcək. Böyük ehtimalla Lavrovun Türkiyə səfəri çərçivəsində məhz Ukrayna savaşı ilə bağlı Kremli qane edəcək nəticələrin əldə olunması mümkün olmayıb. Ukrayna savaşı yalnız ABŞ və Böyük Britaniyanın prinsipial qərar verməsindən sonra sülh danışıqları mərhələsinə keçə bilər”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir