KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elçin Xalidbəyli: Ermenistan hücuma hazırlaşır

Elçin Xalidbəyli: Ermenistan hücuma hazırlaşır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
154 0

Dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşüb.

Generalın görüş zamanı verdiyi açıqlamalar diqqət çəkir. Onun sözlərinə görə, Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var. General qeyd edib ki, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.

Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Qeyd edək ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan da açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır.

Erməni generalın söylədiklərini Elchi.az-a şərh edən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibənin ola biləcəyi ilə bağlı ehtimallar o qədər də inandırıcı görünmür:

“Çünki, rəsmi İrəvan hamıdan yaxşı bilir ki, növbəti müharibə Ermənistanı geopolitik xəritədən tamamilə silə bilər. Bu səbəbdən də, Ermənistan müharibə təbliğatı ilə sadəcə, regionda hərbi-siyasi gərginliyin saxlanılmasına cəhd göstərir.
Məsələ ondadır ki, rəsmi İrəvan yeni savaş ehtimalını gücləndirməklə, Qərb siyasi dairələrinin diqqətini çəkmək, Ermənistanın beynəlxalq müdafiə mexanizmlərini yaratmaq niyyəti güdür. Rəsmi İrəvan sülh sazişinin imzalanması ərəfəsində savaş situasiyası yaratmaqla, danışıqlar masasında əlini gücləndirə biləcəyinə ümid bəsləyir.
Ancaq bütün bunlar baş tuta biləcək ssenarilər deyil. Çünki, indiki situasiyada Ermənistan generalları yalnız müharibə barədə əmrə sahib ola bilərlər. Ancaq həmin əmrin icrasını təmin etmək üçün orduya malik deyillər. Və yaxın gələcəkdə də olmayacaqlar.
Təbii ki, ordu olmadan erməni generallara verilən savaş əmri heç bir əhəmiyyətə malik deyil və absurddur. Son sərhəd toqquşmaları da göstərdi ki, Ermənistan Azərbaycan ordusu qarşısında bu dəfə heç 44 gün belə, tab gətirə bilməz. Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan Ermənistanın mövcud durumunu tam çılpaqlığı ilə şərh etdilər. R.Köçəryan bildirdi ki, Paşinyan hakimiyyətinin böyük ümidlər bəslədiyi ABŞ, Fransa və Rusiya Azərbaycan-Türkiyə İttifaqına təzyiq mexanizmlərinə malik deyil. L.Ter-Peyrosyan isə Paşinyan hakimiyyətini vaxt itirmədən Azərbaycan ilə sülh sazişini imzalamağa çağırdı. Və əks halda, təxminən altı ayından sonra Ermənistan dövlətiçiliyinin itirilə biləcəyi ilə bağlı açıq xəbərdarlıq etdi.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan da Ermənistan ordusunda islahatların baş tutmadığını silah təchizatına nail olunmadığını etiraf etdi. ABŞ və Qərbin isə Azərbaycana qarşı bəyanatlardan uzağa gedə bilmədiyini, hansısa real və ciddi addımlar atmağa hazır olmadığını vurğuladı.
Bütün bunların qarşılığında erməni generalın “savaş əmri” barədə danışması böyük ehtimalla daha çox daxili auditoriyaya hesablanıb. Müharibə Ermənistanın yaxın gələcəkdə bacarmayacağı, hətta ümumiyyətlə, unutmalı olduğu mövzudur.
Bəzi məlumatlara görə, hazırda sülh sazişinin mətninin razılaşdırılması istiqamətində müəyyən proseslər gedir. Paşinyan hakimiyyəti bu prosesdə savaş təbliğatı ilə kapıtulyant ölkə vəziyyətini bir qədər arxa plana keçirə biləcəyinə ümid bəsləyir. Bu baxımdan, Ermənistan tərəfindən müəyyən qısamüddətli hərbi təxribatlar yenə də ola bilər. Ancaq Ermənistan bu hərbi təxribatları genişmiqyaslı müharibə səviyyəsinə qədər inkişaf etdirmək resurslarına malik deyil. Buna göstərilən istənilən cəhd Azərbaycan ordusunun sərt və dəqiq zərbələri ilə Ermənistanın faciəsinə çevrilə bilər.
Nəhayət, normal ölkələrdə əmrlər icra edilmək üçün verilir. Erməni generalın dediklərindən belə anlaşılır ki, əmr verilib, ancaq icra edilməyib, qovluqda saxlanılır. Nə vaxt icra edəcəklər, 10 ildən sonra? Və bütün bunlar Ermənistanın nə qədər anormal bir dövlət olduğunu göstərir. Ermənistan hələ də ibtidai-icma quruluşundan uzaqlaşa bilməyib. Paşinyan hakimiyyəti hansı hoqqabazlığı etsə də, yaxın vaxtlarda Azərbaycanın şərtləri çərçivəsində sülh sazişi imzalamağa məhkumdur”.

Yeganə
https://www.elchi.az/erm%c9%99nistan-hucuma-hazirlasir-s%c9%99rh/?fbclid=IwAR1DhLfa8CKpE-Gxbqj3pXPuijVKHkNOhbtk7hW2vWb851TT50cptGnGVvw

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir