KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elçin Xalidbəyli: Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməzsə

Elçin Xalidbəyli: Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməzsə

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
275 0

Xəbər verdiyimiz kimi, 2 gün öncə-iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ilk dəfə ikitərəfli görüş baş tutdu. Tbilisidə mətbuata qapalı keçirilən görüş bir saatdan çox davam edib. Təkbətək görüşdə Regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.

Görüşün Azərbaycan üçün nəticələrini Elchi.az-a şərh edən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bir neçə önəmli məqam diqqəti çəkir:

“Birincisi, belə bir bu görüş ilk dəfə keçirilirdi. Üstəlik, bu görüşün təşkilində Rusiyanın vasitəçilik missiyasına ehtiyac duyulmamışdı. Yəni, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kremlin vasitəçiliyi olmadan Rusiya ərazisindən kənarda – Gürcüstanda görüşüb, mövcud problemləri müzakirə etdilər. Bununla da sübut etdilər ki, Rusiyanın vasitəçiliyi olmadan da ikitərəfli formatda görüşmək mümkündür və hətta lazımdır”.

Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin görüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana və Rusiyaya yönəlik açıq mətnli iradlarından və xəbərdarlıq mesajlarından sonraya təsadüf edirdi:

“Prezident İlham Əliyev Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxartmadığını bildirmişdi. Bunun qəbul edilməz olduğunu vurğulamaqla yanaşı, rəsmi İrəvandan 10 noyabr üçtərəfli anlaşma ilə öz üzərinə götürdüyü öhdəliklərin icrasını tələb etmişdi. Və Rusiya sülhməramlı qüvvələrini Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasl ilə bağlı Kremlin verdiyi vədləri yerinə yetirməməkdə qalmamışdı.
Bu baxımdan, Azərbaycan xarici işlər nazirinin erməni həmkarı ilə ikitərəfli görüşdə əsasən hansı mövzuları gündəmə gətirəcəyi demək olar ki, əvvəlcədən məlum oldu. Elə ikitərəfli görüş barədə verilən məlumatlarda xarici işlər naziri Ceyhun Bayramovun erməni nazir Ararat Mirzoyandan birinci və ikinci Qarabağ müharibələrində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılmasını istəyib. Eyni zamanda, buna paralel olaraq, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edib”.

E.Xalidbəylinin sözlərinə görə, ikitərəfli görüşü nəticəsiz hesab etmək mümkün deyil:

“Çünki, rəsmi Bakı Ermənistana yönəlik ittihamlarını və xəbərdarlıqlarını birbaşa görüşdə qarşı tərəfin diqqətinə çatdırdı. Ona görə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi böyük ölçüdə rəsmi İrəvanın xarici işlər nazirlərinin ikitərəfli görüşündə müzakirə edilən məsələlərə yanaşma tərzindən asılı olacaq. Əgər, rəsmi İrəvan Azərbaycanın tələblərini yerinə yetirməzsə, bu, Ermənistanın üçtərəfli anlaşmaları növbəti dəfə pozması anlamı daşıyacaq. 10 noyabr üçtərəfli anlaşması müharibənin dayandırılması üçün imzalanmışdı. Əgər, imza atan tərəflərdən hansısa həmin anlaşmanı pozursa, bu savaşın bərpasına hüquqi əsaslar yaratmış olur. İndiki halda, rəsmi İrəvan anlaşmanı pozduğundan Azərbaycan Ermənistana qarşı yeni savaşı artıq əvvəlcədən legitimləşdirmiş durumdadır. Ona görə də, indi Ermənistanın yeni savaşdan yayınması baxımdan, rəsmi İrəvanın xarici işlər nazirlərinin ikitərəfli görüşündə Azərbaycanın gündəmə gətirdiyi haqlı və hüquqi tələbləri yerinə yetirməlidir. Bu baxımdan, xarici işlər nazirlərinin ikitərəfli görüşü savaş və sülh arasında seçim edilməsi ilə bağlı böyük əhəmiyyət daşıyır”
Yeganə

Bayramov və Mirzoyan görüşünün NƏTİCƏSİ: “Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməzsə…”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir