“Lukaşenkonun çətin vəziyyət qarşısında qalacağı təqdirdə, Rusiyaya növbəti dəfə arxa çevirə biləcəyi də qətiyyən istisna deyil”
Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti Belarus qoşunlarının Ukraynanın Çerniqov vilayətinə daxil olduğunu deyib. Faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov da təsdiqləyib. Belarus prezidenti Aleksandr Lukaşenko isə bunu təkzib edib. O qeyd edib ki, Belarusun hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin kürəyinə vurula biləcək zərbənin qarşısını almaq üçün hazır vəziyyətinə gətirilib. Lukaşenko daha 5 alayın qərb sərhədini əhatə etməyə hazır olduğunu söyləyib. O, başqa çıxış yolunun olmadığını, Qərbdəki tərəfdaşlardan siyasi, iqtisadi və hərbi sahədə hər an təxribatlar gözlədiyini vurğulayıb.
Həmçinin, vurğulayıb ki, Rusiya hərbi əməliyyatlarda iştirakla bağlı onun qarşısına tələb qoymayıb. Prezident Ukrayna ilə sərhəddə 10 əlavə batalyon yerləşdiriləcəyini deyib: “İstənilən təxribatın qarşısını almaq üçün Belarus cənub sərhədlərimizə 10 taktiki manevr batalyonu yerləşdirəcəyik”. Lukaşenko iddia edib ki, Ukrayna Belarusdakı rus qoşunlarına zərbə endirməyə hazırlaşırmış.
O əlavə edib ki, Ukraynada Rusiyanın xüsusi əməliyyatını həyata keçirmək üçün Belarusda yerləşən qüvvələrdən istifadə edilməsi planlaşdırılıb:
“Təbii ki, Belarus ərazisində qalan qoşunlardan istifadə edilməli idi. Bu barədə mənə fevralın 24-də səhər saat 5-də məlumat verilib”. NATO baş katibi Yens Stoltenberq da deyib ki, Rusiya Prezidenti Vladimir Putin Avropada sülhü pozdu və bu prosesdə Belarus Rusiyanın işğal hücumuna imkan yaratdı.
Politoloq Elçin Xalidbəyli “Şərq”ə bildirib ki, Ukrayna savaşı postsovet məkanında bir çox önəmli dəyişikliklərə yol açdı. Analitikə görə, bir tərəfdən, onsuz da münasibətləri yaxşı olmayan Rusiya ilə Ukrayna bir-birinə düşmən dövlət dövlətlərə çevrildilər. Digər tərəfdən isə Kreml buna əlavə olaraq, Belarus-Ukrayna münasibətlərini də düşmənçilik mərhələsinə keçirtdi:
“Məsələ ondadır ki, Prezident Aleksandr Lukaşenko Ukrayna-Rusiya qarşıdurmasında çox ciddi, ancaq məcburi səhvlər buraxdı. Rusiya qoşunlarının Belarus ərazisində dislokasiyasına icazə verdi. Ardınca, Rusiya qoşunları məhz Belarus ərazisindən Ukraynaya girib, paytaxt Kiyevə hücuma başladılar. Ona görə də hazırda Qərbdə Belarusu Rusiyadan ayırmırlar. Belarusa qarşı da müəyyən sanksiyalar tətbiq etməyə başlayıblar. Belarus qoşunlarının Ukrayna ərazisinə girməsi də böyük səhvdir, ancaq gözlənilməz deyil. Buna qədər Belarus prezidenti Ukrayna savaşına qatılmayacaqlarını bəyan etsə də, əslində bu, rəsmi Minskdən asılı məsələ deyil. Çünki Lukaşenko tamamilə Kreml sahibi Vladimir Putin tərəfindən idarə olunan dövlət başçısıdır. O, Putindən asılı vəziyyətdədir. Əsas səbəb isə ondan ibarətdir ki, Lukaşenko öz hakimiyyətinə görə Putinə borcludur. Ona görə də, borcunu ödəməyə məcburdur”.
E.Xalidbəyli bəyan edib ki, Lukaşenkonun Kreml sahibi Putin qarşısındakı borcu sonuncu prezident seçkiləri ərəfəsində ortaya çıxıb:
“Həmin dövrdə Prezident A.Lukaşenko Rusiyadan üz çevirmişdi. ABŞ və Qərblə gizli şəkildə anlaşmışdı. Ancaq Rusiya kəşfiyyatı bu barədə məlumatları əldə edib, Kremlə ötürdü. Nəticədə Kreml Belarusda daxili vəziyyəti gərginləşdirib, Prezident A.Lukaşenkonun hakimiyyətini dəyişdirmək qərarı verdi.
ABŞ və Qərb həmin dövrdə Prezident A.Lukaşenkoya birbaşa dəstək vermədi. Ona görə də Prezident A.Lukaşenko hakimiyyətini qorumaq üçün Kremlə minnətçi düşdü. Prezident V.Putini Belarusun Rusiyanın yanında sadiq müttəfiq olacağına inandırmağa nail oldu.
Bundan sonra Kreml Prezident A.Lukaşenkonun hakimiyyətdə qalmasını təmin etdi. Təbii ki, indi Prezident A.Likaşenko Rusiyanın bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməyə məcburdur.
Belarus Ukrayna ərazisinə qoşun yeritməklə, Ukrayna savaşında Rusiya ilə ortaq olduğunu artıq rəsmən təsdiqləyib. Ona görə də Rusiyanın məruz qaldığı beynəlxalq sanksiyaların tədricən Belarusa qarşı da tətbiq olunacağı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Belarus da tezliklə, dünyadan təcrid olunma prosesini tam gücü ilə öz üzərində hiss etməyə başlayacaq. Ancaq Belarusun beynəlxalq sanksiyalar qarşısında hətta qısa müddət üçün belə, davam gətirmək şansları böyük şübhələr doğurur. Bu baxımdan, Belarus Prezidenti A.Lukaşenkonun çətin vəziyyət qarşısında qalacağı təqdirdə, Rusiyaya növbəti dəfə arxa çevirə biləcəyi də qətiyyən istisna deyil”.,
Elçin Xalidbəylikafkassam
Elçin Xalidbəyli: “Belarus Ukrayna savaşında Rusiyanın ortağıdır…”
405 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.