KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elchin Xalidbeyli: “dərin dövləti” vaxtilə hakimiyyətə gətirdiyi Putini ən çıxılmaz vəziyyətdə “qurban” verə bilər…

Elchin Xalidbeyli: “dərin dövləti” vaxtilə hakimiyyətə gətirdiyi Putini ən çıxılmaz vəziyyətdə “qurban” verə bilər…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
41 0

ABŞ və Qərb Ukrayna ətrafında baş verənlərin sadəcə, rəsmi Kiyev və Kreml arasında anlaşma ilə yekunlaşmasına imkan verməz. Böyük ehtimalla ABŞ və Qərb Rusiyaya bədəl ödətməyə çalışacaq. Bir tərəfdən Rusiya qoşunlarının Krım yarımadası və Donbas bölgəsi də daxil olmaqla, bütün Ukrayna ərazisindən çıxarılmasında israrlı davranacaq. Digər tərəfdən isə Rusiyanın maliyyə-iqtisadi fəlakətdən xilas olunması üçün Kremldən konkret ünvanlı “qurban” tələb ediləcək.
Bəzi ehtimallara görə, ABŞ və Qərb Rusiyanın beynəlxalq blokadadan çıxarılması üçün birmənalı şəkildə prezident Vladimir Putinin, eləcə də, onun yaxın ətrafının siyasətdən uzaqlaşdırılmasında israrçı olacaq. Hətta Rusiya Ukraynanı tam işğal etməyə nail olsa belə, bu tələbin dəyişməyəcəyi şübhə doğurmur. Çünki, Ukraynanın tam işğalı halında Rusiyaya qarşı sanksiyalar daha da gücləndiriləcək. Və Kreml bu dəfə Rusiyanın “fəlakət quyu”sundan çıxarılması üçün birbaşa ABŞ və Qərblə anlaşma imkanları axtarmalı olacaq.
Onu da qeyd etmək lazımdır ki, hazırda və yaxın gələcəkdə Rusiyanın ABŞ və Qərblə danışıqlarda masaya çıxara biləcəyi faktorlar arasında yalnız nüvə silahının siyasi təsir gücü qalıb. Əgər, ABŞ və Qərb bu faktorun təsirini zəiflədə bilərsə, Kremlin şərtləri qəbul etməkdən başqa çarəsi qalmaya da bilər. Və bu məsələdə Rusiyaya dəstək verə biləcək xarici ölkələrin mövqeyi də böyük önəm daşıyır.
Maraqlıdır ki, Rusiyaya dəstək verə biləcək dövlətlərin sırası o qədər də geniş deyil. Həmin ölkələrin çərçivəsi Çin və Hindistan ilə məhdudlaşır. Son məlumatlara görə, bu iki dövlət artıq Rusiyanın yanından kənara çəkildiklərinin mesajını verməyə başlayıb. Çin Xarici İşlər Nazirliyi isə öz mövqeyini konkretköşdirməyə üstünlük verməkdir: “Biz Rusiya ilə strateji tərəfdaşıq, müttəfiq deyilik. Çin hər situasiya ilə bağlı öz mövqeyini və siyasətini ayrıca müəyyənləşdirir. Rusiya nüvə məsələsində təmkinli olmalıdır”.
Göründüyü kimi, Kreml əsas strateji tərəfdaşını da itirmək üzrədir. Görünən odur ki, rəsmi Pekin Rusiyanı müdafiə etməklə, Çini də ağır maliyyə-iqtisadi sanksiyaların hədəfinə çıxartmaq niyyətində deyil.
Belə vəziyyətdə böyük ehtimalla tezliklə Rusiyanın daxilində artıq prezident V.Putinin arxasından çəkilmə prosesi intensivləşməyə başlaya bilər. Hətta mümkündür ki, Rusiya “dərin dövləti” – Hərbi Sənaye Kompleksi prezident Putini ölkənin xilası naminə “qurban” verə bilər. ABŞ və Qərbin son açıqlamalarında “Putin rejimi” ifadəsinin xüsusi olaraq qabardılması da, tezliklə Kremldən siyasi hakimiyyət dəyişikliyi tələb ediləcəyi qətiyyən istisna deyil. Və Kremlin Rusiyanın mövcudluğu naminə həmin tələbi qəbul etmək məcburiyyəti də hansısa mərhələdə reallığa çevrilə bilər.

Elchin Xalidbeylikafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.