KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dilavər Əzimlinin məzarı ziyarət edilib

Dilavər Əzimlinin məzarı ziyarət edilib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
12 0

11 aprel 2021-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndində 40 mərasimi keçirilib.
Mərasimdə mərhumun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib.

Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi (BAO) və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, alimin yaxınları və kənd əhalisi iştirak ediblər.

Dilavər Əzimlinin məzarı üstündə mərhumun ruhuna dualar oxunub. Daha sonra BAO başqanı Zahir Əlisoy, BAO başqanının humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, ilahiyyatçı İsa Ələkbər və b. çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışmışlar.

Tədbirdə D. Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.

BAO İnformasiya Xidməti.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.