AB KARŞITI İKEN AVRUPA PARLAMENTOSU İÇİN YARIŞMAK

Ukrayna’da, Poroşenko devlet başkanlığı koltuğunu kaybetti

ZELENSKİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ NECƏ OLACAQ?

Sri Lanka’da terör Kimin işi

Dil bəlası – 200 milyonluq auditoriyanı necə qazanaq…

Gündem 19 Ocak 2019
19

Bir daha dil məsələsinə dair

Bayaq bilən yoldaşlardan soruşdum ki, şəxsi bloq açsam, ordan maddi olaraq qazanc əldə etmək mümkündür? Dedilər, çətin. İzah etdilər ki, bizim dildə yazmaqla yaradılan bloqun uğulu olması çətindir, ingilis və ya rus dilində bəlkə nəyəsə nail olmaq olar.

Səbəbi sadədir, bizim dilin auditoriyası dardır. Bir neçə min oxucu toplaya bilərsən maksimum, ümumilikdə internetin Azərbaycan dili seqmentində bir neçə milyon adam var. Onun da intiligent hissəsi ya rusca, ya da ingiliscə oxuyur, bizim dildə lap azdır.

Əslində bir çox azərbaycanlının rus və ya ingilis dilinə can atmasının bir səbəbi də budur. Auditoriya məhduddur, əksər kitablar, xüsusən də elmi ədəbiyyat tərcümə olunmur, internetdə də vəziyyət aydındır. Azərbaycan dilində baza həddən artıq məhduddur.

Auditoriya problemi var. Əslində, böyük auditoriyamız var. Çin (uyğurlar), Rusiyanın turkdilliləri, Orta Asiyanın 4 respublikası, Əfqanıstanın türkləri (hazaralar), Azərbaycan, İran (Cənubi Azərbaycan, Xorasan türkmənləri, qaşqaylar), İraq türkmənləri, Suriya türkmənləri, Moldova qaqauzları, Kipr və nəhayət 80 milyonluq Türkiyə. Minimum 200 milyonluq bir auditoriya edə bilər, amma…

Amması odur ki, bu sadaladığım potensial auditoriya pərakəndədir. Ərəbləri çoxumuz bəyənmirik, amma Mərakeşdən İrana qədər bütün ərəblərin “kitab dili” birdir. Baxmayaraq ki, misirli ilə iraqlı ləhcədə danışsa bir-birlərini anlamaqda çətinlik çəkərlər. Amma Qurana əsaslanan fusha, yəni ədəbi dil var, ərəblərin “kitab dili” birdir. Bizim o qədər olmasa da, hansısa formada ortaq bir dil, yəni hamının anladığı, bütün ləhcələrin dilçilik tələblərinə cavab verə bilən bir ədəbi dili yaratmamız lazımdır. Bu, baş verərsə, o zaman kitab çapı, mətbuat, televiziya, kino sahəsi, internet üzərindən necə böyük işlər görə, qlobal layihələrə imza atmaq olar. Bu, dil auditoriyasının birdən birə 20-30 dəfə (minimum) böyüməsi deməkdir.

Dünya qloballaşır. Kiçik dillər yavaş-yavaş əriyib gedəcək, ya da lokallaşacaq. Çünki artıq qlobal dillər yaranır. Dünyaya çıxanlar bu dillərdən birini öyrənir. Dilimizi qoruyub saxlayıb, daha da gücləndirməyin bir yolu da onu böyütmək, böyük bir auditoriyanın dilinə çevirməkdir.

Yoxsa şikayətlənməklə bir şey olmaz. Öyrənən, oxuyan insanlar tədricən istər-istəməz daha praktik, “qlobal dillərə” üz tutacaq və Azərbaycan dili (həm də digər türk dilləri) rəqabətdə uduzacaq.


Kənan RÖVŞƏNOĞLU

Yorumlar