Aralarında fikirlərinə hörmət etdiyim, ağıl, savad və vətənpərvərliklərinden də əsla şübhə etmədiyim dəyərli Facebook dostlarımının da olduğu bəzi insanlarımız arasında mövcud olan iki düşüncəyə münasibət bildirmek istəyirəm:
1. Azərbaycan demokratik və refah içində olsa Ermənistan bizimlə uzlaşacaq və Qarabağ erməniləri də geri qayıdacaq.
2. İşğal altındakı bütün ərazilərimizi sülh yolu ilə geri ala biləcəyik.
Təəsüf hissi ilə deməliyəm ki, bu iki düşüncə də real deyil.
Bəri başdan bunu deyim ki,
1. Yuxarıda da qeyd etdiyim kategoriyadan dəyərli bir ziyalimızın da dediyi kimi, Azərbaycanda pensiyalar və maaşlar ən az Qətər və Norveç qədər olmalıdır. Tam razıyam.
2. Əlavə olaraq deyim ki, Azərbaycanda siyasi sistemdə demokratiyanın vəziyyəti Norveç qədər olmalıdır. Bu bizim xalqımızı ən təbii haqqıdır.
3. Bunu da əlavə edim ki, Demokratik Azərbaycan Qarabağ barədə öz siyasi (daxili və xarici siyasət), iqtisadi və mədəni potansiyalini ən maksimum formada səfərbər edə bilmənin ən doğru və ən yaxşı yoludur.
Bu 3 şərt Qarabağda ermənilərin bir hissəsində müəyyən maraq yarada bilər.Ancaq əsla unutmayaq ki, bu 3 halda belə Qarabağ məsələsində Ermənistanda və Qarabağ erməniləri arasında əsas sözü ya əli Xocalıya batan Koçaryan təfəkkürü deyir, ya da popülist ve provaktiv çıxışları ilə yadda qalan demokrat Paşinyan təfəkkürü. Ermənistan və Qarabağda həqiqətən ədalətli sülh istəyənlər ola bilər, ancaq təəsüf ki onlar bu prosesdə həm erməni elitasinda, həm də erməni xalqında çox təsirsizdirlər.Hətda ermeni liberallari belə Ermenistandaki mövcud ve saldırgan siyasi təfəkkürdən kənara çıxa bilmirlər. İstisnaları saymasaq erməni elitasında və erməni xalqında qalibiyyət eyforiyası var.
Bir insan, ziyalı və azərbaycanlı kimi normalda müharibə istəmərəm, amma və təəsüf ki, 200 ildir “Denizden-dənizə Ermenistan” qurmaq üçün rus imperyal maraqlarının xidmətində olan, terörizmi və sürgün politikalarını fəal istifadə edən və düşüncəsi əsasən 5 T [Türk Düşmanlığı, Terör, (Soyqırımı) Tanıma, Təzminat və Torpaq] mentalitetinə söykənən erməni siyasi elitası ciddi bir hərbi-siyasi bir məğlubiyyət almadan normallaşmayacaq və bu problem həll olmayacaq.
Bu mənada Ermənistanın mövcud siyasi-psixoloji durumu 1918-1923 illər arasındakı Yunanıstanın durumunu xatırladır. Ankaraya qədər gələn Yunanıstanın həm daxili, həm də xarici siyasətdə doğru yola necə döndüyünü bilirik. (Ağıl və könül Azərbaycan-Ermənistan münasibətlərinin Fransa-Almaniya münasibətlərinə bənzəməsini istər, ancaq sonuc daha çox Türkiyə-Yunanistan əlaqələri kimi olacaq sanki…)
Hə Azərbaycan iqtidarı və ümumilikdə cəmiyyəti Qarabağda uğur qazanmaq üçün siyasi, iqtisadi, mədəni və hərbi olaraq nələr edir və necə edir, baxın o mövzuda çox çox ciddi problemlərimiz var.Bu məsələdə başda iqtidar olmaq üzrə ağlımızı başımıza almalıyıq.
Yoxsa bu bölgədə dövlət və xalq olaraq bizi acımasızca tarixin arxivinə göndərəcəklər!