KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Davamlı inkişaf və Azərbaycan

Davamlı inkişaf və Azərbaycan

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
762 0

XX əsrin sonların başlayaraq insanlar arasında sosial bərabərsizliyin daha da dərinləşməsi, iqtisadi və sosial amillərin bir-biri ilə uyğunlaşmaması, təbiətin bizə verdiyi resurslardan səmərəsiz istifadə nəticəsində yaranan problemlər ortaya çıxdı, buda gələcək üçün ciddi təhlükə yaradacaqdı. Bununlada “dağıtmadan inkişaf” prinsipi yaradıldı və davamlı inkişaf konsepsiyası meydana gəldi. Digər keçid iqtisadiyyatlı ölkələrdə olduğu kimi müstəqil Azərbaycanda da davamlı (dayanıqlı) inkişafın təmin edilməsi əsas prinsiplərdən birinə çevrildi.
Davamlı İnkişaf Məqsədləri (DİM), başqa sözlə Qlobal Məqsədlər, yoxsulluğu aradan qaldırmaq, planetimizi qorumaq və bütün insanların sülh və firavanlıq içində yaşamalarını təmin etmək üçün universal fəaliyyətə çağırışdır.
​“Davamlı inkişaf” (sustainable development) termin kimi ilk dəfə Qru Xarlem Bruntland tərəfindən 1983-cü ildə xüsusi olaraq yaradılmış “Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Komissiya”nın hazırladığı hesabatda işlədildi.
​ “Davamlı inkişaf” nədir? bu terminə bir çox təriflər verilmişdir lakin, onun mahiyyəti haqqında birmənalı, hamı tərəfindən qəbul olunmuş fikir hələki yoxdur. Davamlı inkişaf elə inkişaf formasıdırki, gələcək nəsillərin tələbatlarını ödəməsini təhlükə altına salmadan indiki zəmanənin tələblərini ödəyən inkişaf nəzərdə tutulur. Davamlı inkişafa 2 anlayış daxildir : tələbatlar və məhdudiyyətlər. Yəni, sonsuz tələbatların məhdud resurslarla ödənilməsidir.
​Davamlı inkişaf cəmiyyətin iqtisadi və ekoloji təhlükəsizliyi olmaqla yanaşı, sosial inkişafda stabillikdir. Buradan aydın olduğu kimi, davamlı inkişaf konsepsiyası 3 əsas məqsədin birləşməsindən yaranıb : iqtisadi, ekoloji və sosial. Davamlı inkişafın vəziyyəti bu elementlərin qarşılıqlı fəaliyyətində müəyyən olunur.

Minilliyin İnkişaf Məqsədlərinin əsas nailiyyətləri:
1990-cı ildən bəri 1 milyarddan çox insan ifrat yoxsulluqdan xilas oldu.
• 1990-cı ildən bəri uşaq ölümü yarıdan çox azaldı.
• 1990-cı ildən bəri məktəbdən çıxan uşaqların sayı yarıdan çox azaldı.
• 2000-ci ildən bəri HİV / AİDS yoluxma nisbəti təxminən 40% azalıb.
Davamlı inkişafın təmin olunması Azərbaycanın qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Göründüyü kimi, bu, ölkə iqtisadiyyatının hər tərəfli, şaxələndirilmiş, bütün sahələrini əhatə edən inkişafı nəzərdə tutur.
Davamlı inkişaf iqtisadiyyatın artımının və insan fəaliyyətinin idarə edilməsinin elə bir formasıdır ki, o, çağdaş nəsillərin tələblərini ödəməyə qadirdir və eyni zamanda, gələcək nəsillərin də öz tələbatlarını ödəməsi üçün əngəllər yaratmır. Buradan aydın olduğu kimi, ətraf mühitin qorunmasını və resurslardan son dərəcə səmərəli istifadə olunması, eyni zamanda insanın inkişafı üçündə əlverişli sosial mühitin yaradılmasını nəzərdə tutulur.
BMT-nin 2015-ci ilin sentyabrında keçirilən əhəmiyyətli sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri rəsmi şəkildə 1 yanvar 2016-cı ildə qüvvəyə mindi. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu Məqsədlər fondu əhatə edəcəyi 15 il ərzində “heç kəsi kənarda qoymamaq” prinsipini özünə rəhbər tutmuşdu. Məqsədlər əsasən yoxsulluğun bütün formaların aradan qaldırmaqla bərabərsizliyə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq yönümündədir. Dayanıqlı İnkişaf Məqsədləri özündə 17 məqsədi və 169 hədəfi cəmləşdirirki, bunlar dövlətlər arasıda icrası zəruri deyildir ancaq, dövlətlər bu məqsədləri qəbul etmək və nəticələrinə nail olmaq, təhlil etmək üçün milli çərçivələr yaratmalıdırlar:
1. Yoxsulluğa son – yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
2. Aclığa son –ərzaq təhlükəsizliyinə və yaxşı keyfiyyətli qidalanmaya, dayanıqlı kənd təsərrüfatı inkişafına nail olmaq
3. Yaxşı səhiyyə və rifah –yaşından asılı olmayaraq hər kəsin sağlamlığının və rifahının yüksək olmasını təmin etmək
4. Keyfiyyətli təhsil – hər kəsi ömür boyu təhsilə təşviq edərək inklüziv və keyfiyyətli təhsili təminetmək
5. Gender bərabərliyi
6. Təmiz su və sanitariya
7. Sərfəli və təmiz enerji –hər kəsin sərfəli, etibarlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
8. Layiqli əmək və iqtisadi artım – hər kəsi layiqli əməyə təvik etməklə məşğulluğun səviyyəsinin artırılması, inklüziv və dayanıqlı iqtisadi inkişaf
9. Sənaye innovasiya və infrastruktur – dayanıqlı infrastruktur yaratmaq, inkilüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək
10. Bərabərsizliyin azaldılması
11. Dayanıqlı şəhərlər
12. Məsuliyyətli istehlak və istehsal
13. İqlim dəyişikliyinə qarşı mübarizə -iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün ardıcıl təbdirlər həyata keçirmək
14. Dəniz ekosisteminin mühafizəsi
15. Torpaq ekosisteminin mühafizəsi
16. Sülh, ədalət və səmərəli institutlar
17. Məqsədlər üçün tərəfdaşlıq
Azərbaycan Respublikasının Prezidentinin 1066 nömrəli Fərmanı ilə 6 oktyabr 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı. Şuranın məqsədi ölkədə həyata keçirilən strategiyaların və dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və məqsədlərə nail olunması barədə illik hesabatları hazırlamaqdır.
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.
Bu indeksə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi sahələrdə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib və bu indeksin mümkün 100 balından 72,6-sını toplayıb. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyyə 70-ci, Ermənistan 75-ci, Türkmənistan 114-cü mövqedədir. Şərqi Avropa və Mərkəzi Asiyada orta göstərici isə 70.9 baldır.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi və təşəbbüsü ilə iki sosial paket tətbiq olundu, buda xüsusilə sosial indekslərin yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatını dahada gücləndirdi. O paketlər həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Orta aylıq əmək haqqı və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı.
Azərbaycanın əldə etdiyi uğurların səbəbi isə 2003-cü ildən bu günümüzə qədər ardıcıl, çox şaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Təbiiki bu inkişafın başlıca səbəbi düzgün, şəffaf və məqsədə yönlü islahatların aparılması və nailiyyətlərin əldə olunmasıdır.
İnsanlar arasındakı bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38.6 olması ölkəmizdə keçirilən sosial siyasəhlərin uğurundan xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında 2019-cu ili islahatlar ili kimi səciyyələndirib. Bütün bunlarla yanaşı, məşğulluq səviyyəsini artırmaqla yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.
Davamlı İnkişaf Məqsədləri başladığımız işi sona çatdırmaq və bu gün dünyamızın üzləşdiyi bəzi ağır problemləri həll etmək üçün çox cəsarətli bir öhdəlikdir. Davamlı İnkişafın on yeddi məqsədləri bir-birinə bağlıdır; başqa sözlə, birində uğur başqalarına təsir edəcəkdir. Misal üçün; İqlim dəyişikliyi təhlükəsinə qarşı tədbir görmək məhdud təbii ehtiyatlarımızı necə idarə etdiyimizə təsir edir; gender bərabərliyinin təmin edilməsi və ya ümumi sağlamlığın yaxşılaşdırılması yoxsulluğun aradan qaldırılmasına kömək edir. Davamlı inklüziv inkişaf sosial bərabərsizliyi azaldır və iqtisadi tərəqqini artırır və gələcək nəsillərin həyatını yaxşılaşdırmaq üçün ən böyük fürsətimizdir.
Ədəbiyyat:
1. United Nations Azerbaijan rəsmi saytı: http://unazerbaijan.org/en/
2. Urxan Ələkbərov – Davamlı insan inkişafının əsasları Bakı 2007
3. Vaqif Bayramov- Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir, “Xalq qəzeti”
4. Naib Niftəliyev – Davamlı inkişaf strategiyası.Bu, hər bir Azərbaycan vətəndaşının sosial rifahının təmin edilməsinə yönəlib.

Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Dövlət
qulluğu və kadr siyasəti” kafedrasının
dosenti s.e.f.d.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir