Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

“Dağlıq Qarabağın muxtariyyət haqqı var”

Azerbaycan, Ermenistan 12 Haziran 2016
625

“Dağlıq Qarabağın muxtariyyət haqqı var”
fransuvamişel
Fransalı deputat Fransua Mişel Lamber Azərbaycan və Ermənistan arasındakı dördgünlük aprel (2-5 aprel) savaşını pisləyib.
Tərəfdar.az Fransanın fr.sputniknews.com saytına istinadən xəbər verir ki, deputat bu gərginliyin mənasız olduğunu söyləyib.
“Dağlıq Qarabağ və ətraf rayonların çiçəklənməsi üçün Azərbaycanla Ermənistan birgə yaşaya və əməkdaşlıq edə bilərlər. Həqiqətən də Dağlıq Qarabağın muxtariyyət haqqı var. Azərbaycan bu regionda yaşayan xalqın istəyinə, azadlığına hörmətlə yanaşmalıdır. Bakı Ermənistan və Dağlıq Qarabağ Respublikası ilə zor dilində danışmaq əvəzinə onlarla əməkdaşlıq haqqında düşünməlidir”.
Bundan başqa, ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı fəaliyyətinə diqqət çəkən asambleya üzvü qeyd edib ki, 3 həmsdər ölkədən (Fransa, Rusiya və Amerika) yalnız Rusiyanın sülh üçün müəyyən vasitələrin tapılmasında başlıca rol oynaya bilər :
“Buna Moskvanın indiki nüfuzu da imkan verir”.
Azərbaycanın gizli qüvvələr tərəfindən qızışdırıldığını iddia edən deputat vurğulayıb ki, regionda hərc- mərclik yaradan məhz Türkiyədir:
“Bununla belə əminəm ki, Moskva öz diplomatik gücü və iradəsi sayəsində Azərbaycanla Ermənistan arasında sülhə nail ola biləcək”.
Tərcümə etdi: Tərəfdar.az

Yorumlar