KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Dağlıq Qarabağda sabah “referendum” keçiriləcək

Dağlıq Qarabağda sabah “referendum” keçiriləcək

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
385 0

Dağlıq Qarabağda sabah “referendum” keçiriləcək
Deməli “konstitusiyalarına” iki əsas dəyşiklik etmək istəyirlər. Birinci “dəyişikliyə” görə “prezidentlərinin” səlahiyyətləri artırılcaq. Halbuki, Ermənistan tam əks yolla gedir, orada parlamentin səlahiyyətləri artırılıb. İkinci“dəyiikliyə” görə isə, separatçılar Dağlıq Qarabağın adını “Artsax”la əvəz etmək istəyirlər. Separatçıların bu addımı onunla bağlıdır ki, Qarabağ ifadəsi türk mənşəlidir və bütün dünya, o cümlədən Ermənistan həmin bölgəni məhz Dağlıq Qarabağ kimi adlandırır. Dağlıq Qarabağ adı birbaşa Azərbaycanla bağlılığın ifadəsidir və ona görə də separatçılar öz düşüncələrində bu addan qurtulmaq istəyirlər.
Bu arada, Ermənistan prezidenti deyib ki, azərbaycanlılar Xankəndidə çay içmək istəyirdilər, heç bu çayı Ağdam və Kəlbəcərdə də içə bilmirlər. Bu cür təxribatlarıyla da deyirlər ki, Azərbaycan sülh istəmir, atəşkəsi daima pozur. Elə atəşkəsə ona görə riayət etməməliyik ki, Ağdamda, Kəlbəcərdə, Şuşada və digər işğal altındakı məntəqələrimizdə rahat çay içəcək günü yaxınlaşdıraq. Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir