Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “referendumu” özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var. Məsələn, onlardan biri Abxaziya “parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır. Abxaz separatçılarının nümayəndəsi Xankəndidə elə belə də deyib: “Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu bizi çox sevindirir. Bizi tarixi hadisənin şahidiyik, Artsaxın yeni konstitusiyası insan haqlarının qorunmasına (?!) böyük töhvədir”. Separatçıların qardaşlığını anladıq. Ancaq bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib, hələ prezident Vladimir Putinin müşavirlərindən biri tamamən bu iki bölgənin nəzarətinə məsuldur. Yəni sözümün canı odur ki, Abxaziyada və Cənubi Osetiyada Kremlin bir sözünü iki edən yoxdur. Əgər Kreml istəsəydi əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, “Dağlıq Qaraabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun oturduğunuz yerdə”. Deməyib, tam əksinə onların Dağlıq Qarabağa getmələrinə yaşıl işıq yandırıb. Dağlıq Qarabağdakı “referendumu” izləyən müşahidəçilərin əksəriyyətinin abzax və osetin separatçılarının təşkil etməsi, Rusiyanın özünün də bu “referendumda” marağından irəli gəlir, məqsəd Azərbaycanı Ermənistan kimi vassal etməkdir. Elhan Şahinoğlu
- Anasayfa
- »
- Azerbaycan
- »
- Dağlıq Qarabağda keçirdikləri “referendumu”
Dağlıq Qarabağda keçirdikləri “referendumu”
627 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.