KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Dağlıq Qarabağ münaqişəsinin həll yolları

Dağlıq Qarabağ münaqişəsinin həll yolları

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
605 0


Bildiyimiz kimi Azərbaycanın ərazi bütövlüyü 1991-ci ildə ləğv edilmiş SSR-nin yerinə yaranmış Rusiyanın tapşırıq və dəstəyi ilə erməni vandalları tərəfindən 1988-1994-cü ilərdə (Qarabağ müharibəsində) pozulmuşdur. Nəticədə də 86.6 min kvadrat kilometr olan ölkə ərazimizin 20%-i işğal altında qalmış və 20 mindən artıq şəhid verilmişdir. Məhz buna görə azı 26-ildir ki, 1 milyona yaxın qaçqın və məcburi köçkünlər öz doğma topaqlarına həsrət qalmışlar.
Artıq bu münaqişənin həll olunması getdikçə qəlizləşir, Azərbaycan tərəfinin isə səbri daralır. Bəs belə olan təqdirdə biz nə etməliyik? Bu problemin həll olunmasının 2 həll yolu vardır. Birinincisi müharibə edərək, ikincisi isə sülh yolu ilə. Birincisinə biz tam qadirik. Buna misal olaraq Azərbaycanın öz gücünü göstərdiyi 2016-cı il “Aprel döyüşləri”n misal çəkmək olar. Bunu da demək lazımdır ki, Azərbaycan dünyanın ən gülcü orduları sırasında 2018-ci ildə 5 pillə irəliləyərək 53-cü yeri tutub, Ermənistan isə hələ 84-cü yerdədir. Bu yerdə bir şeyi unutmamalıyıq ki, Rusiya isə bu siyahıda 2-ci yerdə qərarlaşıb. Bildiyimiz kimi Rusiyanın Ermənistanda hərbi bazası vardır. Bu səbəbdən hec də düşünmürəm ki, bizim hərbə müdafiə və ya qeyri-müdafiə şəraitində əl atdığımızda ermənilər rus tərəfinin köməyindən kənarda qala. Üstəlik biz bu əməliyyatları cəbhədə sakitlik olan zaman başlatsaq inanmıram ki, nə Rusiya nə Qərb ölkələri nə də digər ölkələr bunu xoş qarşılaya. Bir halda ki Aprel ayında (2018-ci il) Rusiyanın hərbi donanması rəsmi Bakıya yaxın əraziyə-Dağıstanın Kaspiyski şəhərinə köçürülüb. Bu köçürülməni isə bir mesaj kimi başa düşüməliyik. Bu mesajın bizə aid olan hissəsini tərcümə etsək bu məksədləri görər bilərik: Xəzərin statusunu tam qərarlaşdıran zaman Rusiyanın payın artırmaq, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll olmasını qoymamağa çalışmaq. Həmçinin rus tərəfi ilə mövcud olan bir əməkdaşlığımız var və bunu pozmaq təbii olaraq istəmərik.
Bu zaman nə etməli?
Bu məsələnin həlli müharibə şəraiti yaranmadıqca sülhlə olmalıdır. Bəs necə? Azərbaycan tərəfi elə təziqlər etməlidir ki, münaqişənin həllində böyük irəliləyişlərə nail olunsun. Düşüncəmə görə, bunun üçün ilk əvvəl biz Rusiyadan iqtisadi asılılığımızı böyük miqdarda azaltmalı, öz məhsulumuzu özümüz istehsal etməliyik. Hərbi sahəyə gəlincə isə bu sahə Rusiyaya iqtisadi cəhətdən böyük maliyyə yatırımları etdiyimiz sahədir. Misal olaraq qonşu Rusiyanın 2017-ci ildə Azərbaycan tərəfinə satdığı silah növlərinin bir coxunun keyfiyyətinin aşağı səviyyədə olması və bu səhfin yalnız 2021-ci ildə düzəldə biləcəylərinin söylənilməsi özü özlüyündə böyük “siyasi taktika”dır. Bunu etməkdə rus tərəfinin məqsədi silah əməkdaşlığı sahəsində Azərbaycanı daha da uzun müddətə asılı hala salmaq, iqtisadi maraqlarını qorumaq və Azərbaycanın hərbi-texniki bazasının ermənilərkindən üstün olmağa qoymamaqdır bu da “düşünülmüş siyasət”dir. Bunu isə rus tərəfi maliyyə və vaxt imkanlarının çatışmaması ilə əlaqələndirirlər. Məncə, hecdə Rusiyanın iqtisadiyyatının çökməsi bu məsələdə əsas faktor deyil. Həmçinin onu da demək lazımdır ki, Azərbaycan həm Qərblə həm də Rusiya ilə “balanslaşdırılmış siyasət” yürüdür. Buna gördə Rusiya ilə silah əməkdaşlığı edən zaman hər nə qədər Azərbaycanın coğrafi-strateji mövqeyi nəzərə alınmalı olunsada ABŞ-ın 2018-ci ildə Rusiyaya və onunla silah əməkdaşlığı sahəsində müttəfiq olan ölkələrə “ABŞ-ın düşmənlərinə saksiyalar vasitəsilə təsir edilməsi” haqqında qanunu (CAATSA) da fikirləşməliyik.
Düşüncəmə əsasən problemin sülh yolu ilə “bir mənalı həll olunması”nda atılacaq adımlar belə olə bilər:
1) Azərbaycanda Türkiyə tərəfinin sülhməramlı qüvvələri yerləşməlidir (ən azından münaqişə həll olunana kimi). Buna hərbi bazada demək olar.
2) Türkiyə ilə yanaşı Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığı, konfedarasiyası (birliyi) qurulmalıdır. Artıq Azərbaycan, Türkiyə, Ukranya əməkdaşlığı qurulub. Bu əməkdaşlığın gedişatının müsbət nəticəsi fonunda Azərbaycan, Türkiyə, Gürcüstan və Ukranya konfedarasiyası qurulmalıdır. Azərbaycandakı Dağlıq Qarabağ, Ukraynadakı Kırm, Gürcüstandakı Abxaziya və Osetiya kimi münaqişələri “ortaq dərd” hesab etdiyimdən belə konfedarasiyanın qurlmasına qarşı təzyiqlər yaransa belə bu birliyin qurulması və formalaşması iradəli addımlara söykənməlidir.
3) Türkiyə tərəfi ilə həmçinin hərbi bazanın yaranıb-yaranmamasından asılı olmayaraq fikirlərimə görə “müharibə zamanı hərbi-texniki əməkdaşlıq” “ərazi bütövlüyünün birgə qorunması” haqqında müqavilələr imzalanmalıdır. Türkiyə NATO-ya üzv olsada Moskva və Qars (1921-ci il) müqavilələri ilə Naxcıvanda buna haqqı çatır və bunu umumi Dağlıq Qarbağda da edə bilər. Sadecə, Türkiyə NATO-dakı yerin möhkəm, sözün keçərli etməlidir. Onu da demək lazımdır ki, NATO keçmiş SSR olan indiki Rusiyaya qarşı yaradılmış (1949-cu il) bir təşkilatdır. Həmçinin düşüncəmə görə, Türkiyə ən azı 2023-cü ildə dəyəri 20 milyard avro (16 milyard dollar) olan “Akkayu” nüvə stansiyasının inşası bitənə kimi Rusiya ilə “balanslaşdırılmış siyasət” yürütməli “siyasi taktikalar”dan məharətlə istifade etməlidir.
Münaqişənin ikili standaratlarına gəlincə onu demək lazımdır ki, BMT, ATƏT, AŞPA və s. kimi təşkilatlar öz üzvləri olan Ermənistanın əlində olan Dağlıq Qarabağa qarşı artıq ikili standartları bir kənara qoyub, tutarlı addımlar atmalıdır. Məsələn, bu təşkilat və bura üzv olan ölkələr Dağlıq Qarabağa aid çıxarılmış qətnamələrə əməl etməyən Ermənistana önəmli iqtisadi, hərbi sanksiyalar tətbiq etməli, bu ölkə ilə əlaqəni normasından cox etməməlidirlər. Bəs hansı yolla? Məsələn: 1) ən azından rəsmi səfər olunmamalı, 2) hec bir sahədə yardım vədd edilməməli, 3) ermənilərə güc verən qondarma “erməni soyqırmı” hec bir belə təşkilatlar, bura üzv olan ölkələr tərəfindən tanınmamalıdır. Belə dövlətlərə isə bu şərtlərə yalnız bu təşkilatların hər çür köməyindən məhrum qalmaqla razılaşarlar. Bunu da yalnız və yalnız bu qrumların rəhbərlərinin ikili standarları bir kənara qoyması ilə əldə etmək mümkündür. Umumilikdə beynəlxalq qurumlar öz qərar-qanunlarını, qətnamələrini bu şəkildə “işləyən sistem”ə gətirə bilərlər. Bir haldakı əgər bu qurumlar formal şəkildə mövcud deyilsə. Sadecə daha ciddi yanaşmaq lazımdır. Bu addımlarda bizə ilk kömək olan dövlət Türkiyə olmalıdır. Çünki, erməni separatizminin, diasporasının, lobbisinin, bir sözlə daşnaksütun partiyasının təbliğatının aprıldığı planlaşdırılmış qondarma “erməni soyqırmı”n Türkiyədə türklər tərfindən baş verildiyi irəli sürülür. Məhz qondarma təbliğatın əsas məqsədi Ermənistanı dünya arenasında “tanıtma” istəyindən başa bir şey deyildir. İkili standartlarla oynayan ABŞ və Fransa haqqında onu demək vacibdir ki, hər iki dövlət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış (1992-ci il) ATƏT-in Minsk qrupunun həmsədirləridir. Yəni bu qrupda məsələnin həllində əsas 3 dövlətdən (ABŞ, Fransa, Rusiya) ikisidirlər. ABŞ Qarabağ münaqişənin həllində çoxda maraqlı olmasa da maraqlı olmağa bir neçə səbəbi var. Məhz buna görədə düşünürəm ki, bu dövlət buradakı mövqeyini aktivləşdirə bilər. Birinci səbəb ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədirlərindən biri olmasıdır. İkinci səbəb isə ABŞ-ın “supergüclər hər bir problemdə olmalıdır” pirisipli yanaşmasıdır ki, burada da rəqiblikdə birinciliyi əlində saxlayan Rusiya vardır. Təkcə Rusiyanın burada olması ABŞ-ın bu məsələnin həll olunmasını, Rusiyanın Qafqazadan əlinin üzülməsini istəyəcəyini düşünürəm. Fransaya gəlincə isə Fransa yalnız ABŞ-ın bu məsələdə aktiv yer aldığını görən zaman bu məsələnin həll olunmasını istəyəcəyini düşünürəm. Əks təqdirdə hansı dövlət istəyər ki, Rusiya kimi düşməni və rəqibi olsun?! Qonşu İrandan isə onu demək lazımdır ki, İran tərəfi sadecə Ermənistanla sərhədi bağlasa irəliləyişi tam açıq görmə imkanımız var.
Bu məsələnin həll onunması ermənilərin də ürəyləricə olardı! Erməni anaları öz balalarının özgə qorpaqlarında vuruşmayından nəticədə də həlak olmasından artıq təngə gəliblər. Amma onlar özləri də bilir ki, Rusiya istəməsə və ya (bu Ermənistanın çətin vəziyyətdə qalması ilə də ola bilər) məcbur qalmasa münaqişənin həll yolu tapıla bilməz hərçən boş yerə Serj Sarkisyan baş nazir olan zaman demirdi ki, “siz hec özünüz inanırsız ki, bu məsələni (Dağlıq Qarabağ) Ermənistanda kimsə həll edə bilsin?!” Bu isə o dəməkdir ki, “münaqişənin həllinin şərtinə, zamanına mən qərar vermirəm”. Bunun bizə aid digər tərəfi də S.Sarkisyanın bununla “Azərbaycan tərəfi Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıdır” demək istəməsidir.
Rusiyanın bu münaqişənin həll olunmasında mövqeyi dəyişə bilərmi?
Rusiya prezidenti Vladimir Putinə “siz bu məsələnin həllini necə düşünürsünüz?” sualını verən zaman V.Putin “açıqcası bu məsələnin həllində uzun müddətli həll lazımdır” cavab verərək hər dəfə bu münaqişənin həlində “güzəştli addımlar” (kompromis) atılmalı olduğu deyir. Maraqlısı burasındadır ki, artıq 26-ildir güzəşdə gedirik bəs deyilmi?! Vaxtı ilə SSR adlandırılan Rusiya çıxdığı respublikaların strateji mövqeyinin əhəmiyyətindən asılı olaraq bir cox postsovet ölkələrində problemlər qoymuşdur. Məhz buna görə mən Dağlıq Qarabağ münaqişəsinin Ukraynadakı Kırm, Gürcüstandakı Abxaziya və Osetiya kimi münaqişələrdən fərqləndiyini düşünmürəm. İndiki dövrdə Rusiyanın könüllü şəkildə bu problemi həll etməsinin bir neçə yolu vardır. Məsələn, hər nə qədər qeyri-leqal olsa da birincisində Rusiya hakimiyətinin dəyişməyini və yeni hakimiyyətin Qafqaza baxış planlarının dəyişməsini gözləməliyik. Buda qısa zamanda baş verən real prosesə oxşamır. Çünki rus hakimiyəti və ideologiyası (düşüncəsi, fikiri) uzun illər çəkə bilər. İkinci yol isə indiki rus hakimiyyətinin özü Qafqaza qazanc mənbəyi kimi baxmaqdan əl çəkməsidir. Buna da biz Rusiya ilə hərbi sahədə əməkdaşlığımızı çalışdığmız qədər minimum səviyyədə saxlamaqla, əsas hərbi-texniki əməkdaşlığımızı Türkiyə, Pakistan və s. ölkələrlə etməklə nail olmuş olarıq. Ya da artıq məqalənin əvvəllərində dediyim kimi “bir mənalı həll yolları”nın üzərində işləməliyik. Fikrimcə Rusiya öz geosiyasi və geoiqtisadi maraqların Qafqazda hələ qorumaq niyyətindədir.
Vasif Hüseynov, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir