KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dağıstanda nə baş verir?

Dağıstanda nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
334 0

Dağıstan hər nə qədər Rusiya kimi güclü bir dövlətin nəzarəti altında olsa da demək olar ki, tez-tez regionda siyasi atmosfer yüksəlir. Ancaq son yaşanan olaylar digərlərini kölgədə qoydu. Ölkə tarixinin ən böyük korrupsiya əməliyyatlarının yaşandığı həbs dalğası dövlətin zirvəsini yerlə-yeksan etdi. Bəs bu həbslər nəyə görə baş verdi? Və ya kimə,yaxud kimlərə qarşı yönəlmişdi?
İlk öncə onu qeyd edim ki, Dağıstan Qafqazın ən çox millətli dövlətidir. Burada tətbiq olunan oturuşmuş idarəçilik qaydasına görə dövlətin prizedenti avar və ya dargin, baş naziri ləzgi, baş prokroru isə kumık olurdu. Ölkənin ikinci ən böyük şəhəri olan Dərbənddə isə idarəçilik azərbaycanlılara məxsus idi.Təbii ki, Putin Vladimir Vasiliyevi respublikaya rəhbər təyin edənə qədər.V asiliyev 1948-ci ildən bəri Dağıstana rərbərlik edən ilk qeyri-dağıstanlıdır. Qeyd edim ki,1942-1948-ci illərdə Dağıstana xalqımızın dəyərli oğlu Əziz Əliyev rəhbərlik edib.Vladimir Vasiliyev isə rəsmi məlumatlara görə milliyətcə qazax olan Əli Asanbayeviçin, qeyri-rəsmi məlumatlara görə isə Dərbənd azərbaycanlısı Əbdülləli kişinin oğludur. İlk öncə Alik olan adını dəyişdirərək Vladimir qoyan ve valideyinləri ayrıldiqdan sonra rus olan anasının soyadını qəbul eden dövlət başçısı 1972-ci ildə SSRİ Daxili İşlər Nazirliyində sıravi polis işçisi kimi əmək fəalliyətinə başlayan Vasiliyev burada nazirin 1-ci müavini vəzifəsinə qədər yüksəlib. Rusiya Təhlükəsizlik Şurasının baş katibi olan Vladimir daha sonra Dövlət Dumasının Sədr müavini vəzifəsinə gətirilib.Polis general-polkovnikidir. Vasilyev Putinin ən etibar etdiyi şəxslərdən sayılır. Elə buna görə də Putin onu ən çətin bölgədə qayda-qanun yaratmağa gəndərib. Bəs Dağıstanda nə baş verir?
2017-ci ilin oktyabrın 4-də Vladimir Putin Kremldə Vladimir Vasiliyevi qəbul edir. Vasiliyev bu görüşdə Putinə yeni təyin olunduğu respublikada rüşvətin tüğyan etdiyini, bura yeni respublika prokroru göndərməyin lazım olduğunu bildirir.Yanvarın 16-da Hesablama Palatasi Mahaçqala meriyasında 3 milyard rubl maliyyə pozuntusu aşkar edir.Yanvarın sonunda isə Mahaçqalanın meri Musa Musayev həbs edilir. Ən böyük əməlliyat isə fevralın 4-dən 5-nə keçən gecə baş verir. Ölkənin baş naziri Abdulsəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, təhsil naziri Şahabbas Şahov və digər vəzifəli şəxslər həbs edildi. Fevralın 5-də isə prizedent Vasiliyev Nazirlər Kabinetini tam tərkibdə istefaya göndərdi.Vladimir Vasiliyev uzun illər Rusiyada cinayətkar qruplara qarşı mübarizə aparmış təcrübəli bir əməlliyatçıdır, sərt xəttin tərafdarıdır. Görünən budur ki, Kreml generalı bura dövlətin pulunu şəxsi mənafeyi üçün talan eden məmurlara qan uddurmaq üçün göndərib.
Zənnimcə.Dağıstandakı bu əməlliyatlar davam edecek, korrupsiyalaşmış dövlət aparatı sağlam şəkildə yenidən təşkil olunacaq. Bunu həyata keçirmək üçün isə Vasiliyev həqiqətən də uğurlu seçimdir. O,əvvələr burada işləməyib, heç bir siyasi klanın üzvü deyil. Bu anti-korrupsiya əməliyyatları şübhəsiz ki, Dağıstanda Rusiyanın və şəxsən Vladimir Putinin nüfuzunu yüksəldəcək. Seçki qabağı isə bu Putin üçün son dərəcə əhəmiyyətlidr. Bu əməlliyatlar həm də Dağıstanda siyasi idarəçiliyi təhlükə altında qoyan siyasi klanlaşmanında sonunu gətirəcək. Dağıstan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir bölgədir. Qonşuluqdan ziyadə, bizi həm də tarixi köklər və ortaq biznes lahiyəlıri birləşdirir. Ona görə də Dağıstanda baş verən ən adi bir hadisədə Azərbaycan üçün son dərəcə önəmlidir.

ZEYNALABİD ƏMRƏLİYEV
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir