KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Dadash Ahmadli: Sürüşkən” Lukaşenko və Paşinyanla nə etməli?

Dadash Ahmadli: Sürüşkən” Lukaşenko və Paşinyanla nə etməli?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
215 0


İki gün əvvəl Rusiyanın Qafqazla bağlı planları barədə məlumat vermişdim. Həmin məlumatda əsas vurğu Rusiyanın Gürcüstanda münaqişə yaratmaq və qalib görkəmində bu ölkəyə daxil olmaq arzusuna edilmişdi. Eyni zamanda, Rusiya prezidentinin “erməni məsələsini” də həll etməyə hazırlaşdığını, ancaq bunun nədən ibarət olduğu barədə hələlik açıqlama vermədiyini də bildirmişdim. Əldə etdiyim məlumat bu məsələlərə də bir qədər işıq salır. İndi isə hər şey barədə bir qədər ətraflı…

Rusiya prezidenti Vladimir Putin dünən bütün gününü aktual məsələlərin müzakirəsinə həsr edib. Belə ki, prezident Lukaşenkonun Ukraynadan guya təcavüz etməmək haqqında pakt bağlamaq təklifi ilə bağlı informasiya məkanına daxil olan açıqlamalarına kifayət qədər əsəbi reaksiya verib. Putin güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə görüşdə birmənalı olaraq bildirib ki, Lukaşenkonun bu tipli bütün açıq bəyanatları istənilən ilkin hərbi razılaşmaların sabotajı kimi qiymətləndirilməlidir. Rusiya prezidentinin sözlərinə görə, Lukaşenko Rusiya ordusu üçün hərbi geyimlərin tikilməsi sifarişini yerinə yetirməyib və yerinə yetirmək niyyətində deyil. Belarus tərəfi vəd etdiyi silah-sursatı minimum tələb olunan həcmdə də olsa, təmin etməyib. Hələlik Rusiya qoşunlarının Belarus Respublikası ərazisindən hücumunun hazırlanmasında köməklikdən danışmağa da ehtiyac yoxdur. Ən əsası isə, son məlumatlara görə, Lukaşenko Çin lideri Si Cinpindən Belarus Respublikasının suverenliyi və ərazi bütövlüyünə təminat məsələsinə baxılması barədə vədlər ala bilib. Lukaşenko bu məsələləri müzakirə etmək üçün yazın əvvəlində Pekinə iki günlük səfər edə bilər. Putin bu məsələləri aydınlaşdırmaq üçün yaxın vaxtlarda Lukaşenkonu “xalça üzərinə” çağırmağı əmr edib.

İclasın davamında prezident Xariçi Kəşfiyyat Xidmətinin Ermənistandakı vəziyyətlə bağlı məruzəsindən çıxarışları oxuyub. Hesabat müəlliflərinin fikrincə, Ermənistan rəhbərliyi bir sıra ölkələrin rəhbərliyi ilə onların Azərbaycanla danışıqlar prosesinə vasitəçi kimi cəlb olunması üçün fəal danışıqlar aparır və Rusiyanın bu prosesdə iştirakını minimuma endirmək niyyətindədir. Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq niyyətindədir, Rusiya qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılmasında israr edəcək və Azərbaycanla sülh müqaviləsinin parametrlərini müəyyən etməklə və Dağlıq Qarabağda missiyanı üçüncü ölkələrə təklif etməklə, Rusiyanın sülhməramlı kontingentinin mövcudluğundan imtina etməyə hazırdır. Putin etiraf edib ki, cəbhədəki problemlərə başı qarışdığından başqa sahələrdə vacib məsələlərin həllinə vaxt ayırmayıb. İndi Putinin fikrincə, “cəsarətlə və qətiyyətlə” hərəkət etmək və “Qafqazda işləri qaydaya salmaq” lazımdır. Fevralın əvvəlinə qədər prezident bu regionda xüsusi hərbi əməliyyat üçün hazırlanmış və düzəliş edilmiş planları gözləyir və bundan sonra müzakirələrə və qərarların qəbuluna qayıdacağına söz verib.
Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir