KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Rusya’ya dron saldırılarının sırrı

Dadash Ahmadli: Rusya’ya dron saldırılarının sırrı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
188 0

Dron hücumunun sirləri

Dünən iki pilotsuz uçuş aparatının “Kremlə”, daha doğrusu, “Kremldəki prezident iqamətgahına” hücumu, bu hücum barədə günün ikinci yarısında məlumatların yayılması xeyli suallar doğurub və indi demək olar ki, bütün dünya mediası bu məsələni müzakirə etməkdədir. Rusiya tərəfi bunu Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinə “sui-qəsd” cəhdi kimi təqdim etsə də, rəsmi Kiyev bu hadisə ilə heç bir əlaqəsinin olmadığını israr etməkdədir. Bəs, əslində nə baş verib və bu olayların əsil səbəbi nədən ibarətdir? Əvvəlcədən qeyd edə bilərik ki, dünən “gözlərimiz önündə baş verən” bu hadisə, əslində, səhnələşdirilmiş əməliyyatdır. Əməliyyat Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin şəxsi nəzarəti altında, Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyinin köməyi və koordinasiyası ilə hazırlanıb və yekun variantda Vladimir Putin tərəfindən təsdiqlənib. Bu əməliyyat Putinin istədiyi kimi bir anda bir neçə problemi həll etməli idi.

Birincisi, prezidentin hərbi vəziyyətin tətbiqi, Moskvadakı paradın ləğvi (və ya prezidentin paradda iştirak proqramının formatının ixtisar edilməsi və dəyişdirilməsi) üçün ciddi səbəbləri olmalıdır. Təbii ki, əsas vəzifə Putinin ilin əvvəlindən bəri gurultu ilə danışdığı hərbi vəziyyətin tətbiqi üçün zəmin hazırlanması olmalıdır. Qorxaqlığı və hər şeyə şübhəli yanaşması ilə tanınan Putinin hərbi vəziyyətin tətbiqinə məhz indi qərar verəcəyi fakt deyil, amma artıq bunun üçün bir səbəb var və bu da hələlik ona kifayətdir. Qələbə günü paradına gəlincə, burada da prezident bir daşla iki quş vurur – bir tərəfdən paradı qeyd etmək və ya videobağlantı vasitəsilə keçirmək üçün əsas var, digər tərəfdən də dövlət başçısının paradda canlı iştirakı, əslində, ona qarşı yönəldiyi iddia edilən “terror hücumundan” dərhal sonra Putini yenilməz və cəsarətli bir qəhrəman edir.

İkincisi, Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücum əməliyyatı ərəfəsində gərginliyi artıraraq, Ukrayna rəhbərliyinin Rusiyanı nüvə münaqişəsinə sövq etməklə nə qədər hədsiz olduğunu Qərbə göstərmək, bununla da Ukrayna ilə müttəfiqlər arasında inamsızlıq yaratmaq və Ukraynaya hərbi yardımın sürətini azaltmağa çalışmalıdır. Əgər, eyni zamanda, bu tamaşanın köməyi ilə Ukrayna rəhbərliyinin müttəfiqlərlə arasını vurmaq mümkün olacaqsa, bu, çox yaxşı olar, olmasa, o zaman hər halda, ən azından bir şübhə yarada bilər.

Üçüncüsü, prezidentə qarşı “terror aktı” atom elektrik stansiyasındakı terror aktının proloqu ola bilər. Rusiya rəhbərliyi kifayət qədər əmindir ki, əgər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu baş verərsə, Rusiya xüsusi xidmət orqanları ölkə daxiindəki AES-lərdən birində partlayış törətməli və bu, diqqəti Ukraynanın işğal olunmuş ərazilərinə nəzarəti itirməkdən yayındırmalıdır. AES-də “fəlakətin” hazırlanması, prezidentə bildirildiyi kimi, demək olar ki, başa çatıb və Putinin fikrincə, ruslar başa düşməlidirlər ki, ukraynalılar Rusiya prezidentinə “sui-qəsd” törətməyə cəhd ediblərsə, deməli, heç bir vicdan əzabı çəkmədən texnogen fəlakət təşkil etməyə də hazırdırlar.

Pilotsuz uçuş aparatlarının “Kremldəki prezident iqamətgahına” hücumu zamanı, təbii ki, prezidentin özü orada olmayıb. Bu zaman o, artıq başqa iqamətgahın bunker otağında yatmışdı və hər şeyin necə gözəl getdiyini yalnız səhər, həmişəkindən xeyli gec oyanaraq öyrənib. Kremlin gecə baş verən “hadisə”yə gecikmiş reaksiyası da məhz bununla bağlıdır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir