KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Rusya’nın Ukraynadan çıkma planı

Dadash Ahmadli: Rusya’nın Ukraynadan çıkma planı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
155 0

Rusiyanın Ukraynadan çıxmaq planı

Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisində buraxılış məntəqəsinin yaradılması sevindirici və ümidverici hadisədir. Bu, onun göstəricisi hesab oluna bilər ki, Qarabağda münaqişə sona yetmək üzrədir. Bu fenomeni bir çox amilllərlə izah etmək olar və yəqin ki, bu izahların hər birində həqiqət payı olacaq. Amma əsas amil Rusiya faktorunun zəifləməsidir ki, bunun səbəbini də ilk növbədə bu ölkənin Ukrayna cəbhəsində məruz qaldığı itkilər və məğlubiyyətdir. Vəziyyət o dərəcədə kritikdir ki, indi Kremldə qoşunları Ukraynadan hansı bəhanələrlə çıxarmaq üzərində baş sındırırlar. Bu yöndə ən ağlagəlməz variantlar belə nəzərdən keçirilir. Beləliklə, nə baş verir?

Ötən həftənin cümə günü Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə qapalı və dar formatda görüş keçirib. Prezident cəbhədəki mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etməyi təklif edib. Belə ki, Putinin özünün “dalana dirənmə” kimi xarakterizə etdiyi cəbhədəki mövcud vəziyyəti müzakirə etdikdən sonra prezident Rusiya Təhlükəsizlik Şurasındakı ekspertlərin məruzəsini oxumaq üçün Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə söz verib. Hesabat müəllifləri Ukrayna Silahlı Qüvvələrinin effektiv əks-hücum əməliyyatı nəticəsində yarana biləcək problemlərin qarşısını almağı tövsiyə edirlər. Ekspertlər bir daha xəbərdarlıq ediblər ki, Ukraynada işğal olunmuş ərazilərin itirilməsi Rusiyadakı mövcud rejimin yüksək siyasi təlatümlər zonasına düşməsinə şərait yarada bilər. Hesabatın xülasəsində bu problemdən çıxış yolu ilə bağlı bəzi müfəssəl məsləhətlər də olub, lakin prezident gözlənilmədən öz versiyasını təqdim edib.

Putin ölkə daxilində bir sıra problemlərin həlli məqsədilə “hətta yeni ərazilərin bir hissəsinin müvəqqəti itkisi ilə nəticələnə biləcək müvəqqəti atəşkəsə nail olmaq üçün” Rusiya əhalisinin diqqətini cəbhədəki mümkün uğursuzluqlardan yayındıracaq və cəmiyyəti konsolidasiya edəcək kəskin böhran yaratmaq variantını nəzərdən keçirməyi təklif etib. Prezidentin sözlərinə görə, Rusiyadakı atom elektrik stansiyalarından birində baş vermiş böyük “qəzanın” nəticələrinin aradan qaldırılmasını ölkə əhalisinin əksəriyyətinə belə izah etmək olar ki, ölkə daxilində vətəndaşlarını xilas etmək üçün bütün qüvvələr, o cümlədən hal-hazırda cəbhədə iştirak edənlər də cəlb edilib və düşmən, sadəcə olaraq, faciədən xaincəsinə istifadə edərək müdafiəsiz əraziləri zəbt edib. Üstəlik, düşmən məhsuldar hücumunu davam etdirsə və atəşkəsdən imtina edərsə, onların nüvə obyektində “təxribat” etmələrinə eyham vurmaq və nüvə silahının istifadə etməklə “qisas almaqla” hədələmək olar. Putin səmimi deyib ki, bu planı ona Kovalçuk qardaşları təklif ediblər və o, bu planı nəinki effektiv, həm də parlaq ideya hesab edir. Prezident söhbət iştirakçılarına bu ideyanı əsas götürməyi və onun həyata keçirilməsi ilə bağlı ətraflı planları ona təqdim etməyi təklif edib. Bununla bağlı o, həmsöhbətlərinin daha bir “parlaq” fikri “həzm etmələri” üçün onlara vaxt verərək sağollaşıb.

Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir