KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Rusya İran askeri işbirliği artarak devem ediyor

Dadash Ahmadli: Rusya İran askeri işbirliği artarak devem ediyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
259 0

Rusiya-İran hərbi əməkdaşlığı davam edir

Böyük Britaniya Müdafiə Nazirliyi Böyük Britaniyanın Müdafiə Kəşfiyyat İdarəsinin gündəlik hazırladığı Ukraynadakı vəziyyətin icmalına əsasən, martın əvvəlindən Rusiya qüvvələri Ukraynadakı hədəflərə ən azı 71 Şahed seriyalı İran pilotsuz uçan aparatını buraxıb.

Fevralın sonundakı iki həftəlik fasilədən sonra mart ayında dron hücumları intensivləşib. “Rusiya çox güman ki, müntəzəm olaraq az sayda Shahed pilotsuz təyyarələri almağa başlayıb” – Britaniya kəşfiyyatı bildirib. Departament əlavə edib ki, Rusiya qüvvələri iki istiqamətdən – Krasnodar diyarından və Bryansk vilayətindən kamikadze pilotsuz təyyarələr buraxır, bu da rus qoşunlarına Ukrayna ərazisinin geniş sektorunu hədəfə almağa imkan verir və ölkənin şimalındakı hədəflərə uçuş vaxtını azaldır.

2022-ci ilin payızında Rusiya ordusu İran istehsalı olan “Şahed-131/136” kamikadze pilotsuz uçan aparatlarından fəal şəkildə istifadə etməyə başlayıb və onların adı Rusiya Federasiyasında Geran-1 və Geran-2 olaraq dəyişdirilib. 2023-cü ilin fevralında məlum olub ki, İran Rusiyaya təkrar istifadə oluna bilən uzun mənzilli hücum pilotsuz təyyarələrinin partiyasını təhvil verib.

Dadash Ahmadli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir