KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Qafqaza hücum, yoxsa qeyri-real təkliflə razılaşmaq?

Dadash Ahmadli: Qafqaza hücum, yoxsa qeyri-real təkliflə razılaşmaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
22 0

Cümə günü Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə görüş keçirib. Görüş zamanı məlumatı az olan iştirakçılardan biri səfərbərlik mövzusunu qaldıraraq prezidentə yeni dalğanın başlanması perspektivləri ilə bağlı sual verib. Putin suala sualla cavab verib: “Səfərbərliyi kim ləğv edib ki? Bəlkə sən?”. İkinci dalğa ilə bağlı prezident deyib: “Bu, həll olunmuş məsələdir və burada müzakirə olunacaq heç nə yoxdur”.

Dar formatda keçirilən görüşün qapalı hissəsində prezident daha həvəsli olub və bir neçə “proqressiv” bəyanatlar verib. Beləliklə, Putin praktiki olaraq, qələbənin “zəmanət verilə biləcəyi” qonşu ölkəyə qarşı tez effektiv “xüsusi əməliyyat” ideyasını həyata keçirmək lazım olduğunu söyləyib. Prezident Gürcüstanı belə bir ölkə hesab edir. Putin əmindir ki, Gürcüstanın hazırkı rəhbərliyinin bir hissəsi ilə razılıq əldə olunarsa, qalib ssenarini həyata keçirməklə münaqişə yaratmaq olar və eyni zamanda Gürcüstanın rusiyayönlü rəhbərliyinin həmin hissəsinə hakimiyyətdəki “arzuolunmaz elementlər”dən qurtulmağa da kömək etmək olar. Eyni zamanda, Rusiya prezidenti “erməni məsələsini” də həll etməyə hazırlaşır, lakin bunun necə olacağını hələlik, dəqiqləşdirməyib. Xüsusi əməliyyatın hazır ssenariləri ötən ilin payızından prezidentin masasının üstündədir və indi o, bu ssenarini bugünkü reallıqlara uyğunlaşdırmaq və fevralın 1-dək ona təqdim etmək tapşırığı verib.

Həftə sonu Putin yaxın çevrəsindən olan insanlarla bir sıra məsləhətləşmələr aparıb. Müzakirə mövzusu nüfuzlu vasitəçi ölkənin (? – D.A) rəhbərliyindən Rusiya prezidentinə qeyri-rəsmi kanallar vasitəsilə ötürülən “sülh təklifləri” olub. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, Putinə qoşunları 2022-ci il fevralın 23-dəki sərhədlərə çıxarmaq təklif olunur. Bundan əlavə, yeddi illik keçid dövründə Krımın Ukraynaya verilir, LXR və DXR-in 23 fevral 2022-ci il tarixinə olan əraziləri əksər ölkələr tərəfindən bu ərazilərin Rusiya kimi rəsmi olaraq tanınmadan yeddi ildən on ilədək Rusiyanın nəzarəti altında qalır, bundan sonra isə bu ərazilərin statusu Ukrayna tərəfindən həll olunur .

Rusiya və Belarus Respublikasından Ukrayna ilə sərhədin demilitarizasiya zonası, hərbi cinayətkarların Ukraynaya təhvil verilməsi və təzminat ödənilməsi də təkliflərdə var. Putinə “simasını qorumaq” üçün qoşunların 23 fevral 2022-ci il sərhədlərinə çıxarılmasından sonra digər qərarların icrasına bir il möhlət təklif olunub. Güman edilir ki, Rusiya prezidenti bunu “qələbə” elan edə biləcək ki, bu da ona və ya onun “varisi”nə 2024-cü ilin martından gec olmayaraq prezident seçilməyə imkan verəcək. Eyni zamanda, Ukraynanın 2024-cü ilin yayında NATO-ya daxil olmasına zəmanət verilir. Yeddi qarant ölkə vasitəçi kimi çıxış etməyə hazırdır. Bu təkliflər hələ ki, Ukrayna tərəfinə daxil olmayıb, vasitəçilər Putindən cavab gözləyirlər. Rusiya prezidentinə xəbərdarlıq edilib ki, imtina ediləcəyi təqdirdə, Ukraynanın 1991-ci ilin dekabrında mövcud olan bütün ərazisində rus qoşunlarını məğlub etmək üçün Ukrayna bütün lazımi silahlarla təmin ediləcək. İndi Putin düşünməlidir.

Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir