KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Putinin dublyor fiaskosu

Dadash Ahmadli: Putinin dublyor fiaskosu

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
167 0

Doğrusu, bu barədə xeyli vaxtdır ki, materiallarla qarşılaşıram, amma yazmağa elə də həvəs göstərmirəm. Amma dünən baş verənlər barədə Ukraynadakı həmyerlimiz Elxan Hur Qubadlının fb səhifəsində də məlumata rast gəlincə, artıq məsələni ictimailəşdirmənin vaxtı çatdığı qənaətinə gəldim. Elxan bəy yazır: “Raşist TV-ləri dünən fürerlərini iki məkandan eyni vaxtda online yayımlayıblar. 12.00-da Təhlükəsizlik Şurasının açılışını edərkən, həm də “naməlum əsgər” abidəsinə gül qoyub. Ən azı 2 fürer var?..” Bu postdan da görünür ki, artıq Rusiya prezidenti Vladimir Putinin öz oxşarından istifadə etməsi özləri də bilmədən TV-lər tərəfindən ifşa olunub. Səbəb isə sadədir.

Doğrudan da, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə reallaşan Rusiya prezidenti Vladimir Putinin keçirdiyi operativ müşavirənin “canlı yayımı” zamanı prezidentin dublyoru Naməlum Əsgərin məzarı önünə əklil qoyub, Qələbə Muzeyini ziyarət edib. Bu uyğunsuzluq bir çox müşahidəçiləri təəccübləndirib. Həqiqətən də, hər şey vaxtında verilməli idi, lakin Təhlükəsizlik Şurasının operativ iclasının başlanmasının gecikməsinə görə (Putin səhhəti ilə əlaqədar planlaşdırılandan bir saat gec qoşulub) “canlı yayım” adı altında yayımlanan video yazı efirə verilib və əsl Putin görüşün rəsmi hissəsini yenicə bitirirərkən dublyor artıq gül qoymağa gedibmiş. Bu, ilk belə ciddi uyğunsuzluqdur. Əvvəllər də uyğunsuzluqlar olub, lakin bu qədər açıq-aşkar sinxronizasiya ilk dəfə baş verib. Prezident və onun ətrafı artıq bu problemi müzakirə edərək, gələcəkdə Putinin və onun oxşarının eyni gündə baş verən hadisələrdə iştirakını planlaşdırmamaq qərarına gəliblər.

Təbii ki, Putin həmişə öz dublyoruna Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlər keçirməyi həvalə edə bilməz. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və FTB direktoru Aleksandr Bortnikov prezidentin dublyorla əvəzlənəcəyini bilərək, çox vaxt sadəcə olaraq belə “sirkdə” iştirakdan imtina edirlər. Dünən özünü pis hiss etməsinə baxmayaraq, Putin görüşün həm əsas hissəsini, həm də qeyri-rəsmi hissəsini keçirib. İclasın qapalı hissəsi sürətlə keçib, prezident ekspertlərin son hesabatını Təhlükəsizlik Şurasında müzakirə edəcəyinə söz versə də, bu mövzunu qaldırmayıb. Dar tərkibdə cəbhədəki vəziyyəti müzakirə ediblər. Bu zaman prezidentin oxşarı gül dəstələri qoyub, yad adamlarla əl sıxıb, qucaqlaşıb şəkil çəkdirib, baxmayaraq ki, onların çoxu bu görüşə qədər karantinə riayət etmirmiş. Prezidentin oxşarı ilə görüşən Qətərin Baş naziri, Xarici İşlər Naziri Məhəmməd Əl Tani də karantinə əməl etməyib. Görüş plan üzrə keçib, heç bir problem yaranmayıb. Amma bir məsələ də var ki, dublyordan belə aşkar istifadə istənilən, hətta, kiçik siyasi təlatümlərdə belə sabitliyi pozan amil ola bilər.
Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir