Son zamanlar Rusiya siyasi və hərbi elitasında qarşıdurmalar aşkar fazaya keçir. Hələlik hərbçilərin dili ilə bir-birinə hərbə-zorba gələn siyasilər bəzən özləri də müəyyən fikirləri və bəyanatları ilə gündəmə gəlirlər. Amma görünən odur ki, mübarizə həm qruplar arasında, həm də hakimiyyətin ən yuxarı qatına qarşı getməkdədir. Rusiya Dövlət Dumasının MDB və Rusiya ilə əlaqələr üzrə komitəsi sədri Konstantin Zatulinin Ukraynada həyata keçirilən əməliyyatda heç bir uğur əldə edə bilməməklə bağlı dedikləri buna əyani misaldır.
Üzdə görünən odur ki, daha çox mübahisələr iki hərbi birləşmə rəhbəri Ramzan Kadırovla Yevgeni Priqojin arasında getməkdədir. Şübhəsiz ki, bu qarşıdurmada digər tərəflər də, o cümlədən Müdafiə Nazirliyinin yüksək çinliləri də rol almaqdadırlar. Elə dünən Kadırovun “sağ əli” Adam Delimxanovun “qeyb olması” ilə bağlı yaranan söz-zöhbətlər də bu sıradandır. Sözün düzü, Kadırov öz saxtakarlığının köməyi ilə Ukrayna mətbuatını deyil, Rusiya Müdafiə Nazirliyini ifşa etdi, o, artıq polkovnik-leytenant Venevitinin ağzı ilə Priqojini guya Delimxanovun koordinatlarını ukraynalılara ötürməkdə ittiham etməyə nail olub. İndi belə çıxır ki, boş yerə “Vaqner”in sahibinə böhtan atıblar.
Amma məsələnin daha dərin kökləri var. Priqojinin ipə-sapa yatmaması çoxlarının əsəblərini tarıma çəksə də, onun arxasında daha iri fiqurların dayandığı barədə məlumatlar intensivləşir. Artıq bu söhbətlər Kremldə də ciddi müzakirə olunmaqdadır. Dünən FR prezidenti Putinin güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə iki görüş keçirib. Hərbçilərlə görüşdə prezident cəbhədəki vəziyyətlə bağlı məruzələri dinləyib və həm Ukraynanın əks-hücumunun perspektivlərini, həm də Rusiya hərbçilərinin hərəkətlərini müzakirə etməyi təklif edib. Hərbçilər Putini arxayınlaşdıraraq, Ukraynanın əks-hücumunun düşmənin itkiləri istisna olmaqla, hələ heç nəyə gətirib çıxarmadığını təsdiqləyiblər və öz perspektivlərinə gəlincə, hərbi blokun rəhbərliyi prezidentə Donbası “azad edəcəyini” vəd edib. Bu işi oktyabrın 7-də, məhz Putinin ad günündə ona belə bir hədiyyə etməyi planlaşdırırlar.
Bu vədlər prezidenti bir az da ruhlandırıb və hətta bundan əvvəl qanı qara olsa da, o, bir-iki dəqiqə ərzində şənlənə bilib. Lakin bu sevinc uzun sürməyib, hərbi rəhbərliyin bu cür nəticələrə necə nail olacağı sualından sonra prezident aydın olmayan və qeyri-müəyyən bir şey eşidib və dərhal yenidən depressiyaya düşüb.
Güc blokunun rəhbərliyinin nümayəndələri ilə görüş zamanı məruzələri dinləyən prezidentə məlum olub ki, Priqojin onun əmrini yerinə yetirməkdən imtina edir və bunu nümayişkaranə şəkildə elan edir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikol
ay Patruşev prezidentə məruzə etdikdən sonra deyib ki, Priqojinin bu cür davranışı Rusiya elitasında bəzilərini çaşdırır. Özünü həddən ziyadə sərbəst aparan və əhalinin dəstəyini alan, prezidentin qərarlarına açıq şəkildə qarşı çıxan Priqojinin nümunəsi sistemin bir çox aktorlarını bu sistemin özəyinin gücünə şübhə ilə yanaşmağa məcbur edir. Patruşev prezidentə deyib ki, Putinin Priqojinə təsir üsulları effektiv deyil və daha sərt qərarların qəbuluna keçməyə dəyər. Təhlükəsizlik Şurasının katibi bildirib ki, Priqojin müxtəlif elit fraksiyaların nümayəndələrini birləşdirən kifayət qədər nüfuzlu qrupun dəstəyi ilə hərəkət edir və sistemin tarazlığının pozulması üzrə hərəkətlərin əlaqələndirilməsi müqabilində Vaqner ÖHŞ-nin rəhbərinə müəyyən təminatlar verilib. Patruşevin məruzəsindən sonra prezident daha da kədərlənərək iclası bağlayıb.
Bütün bu olaylar çox yaxın zamanda Rusiyada vəziyyətin nəzarətdən çıxma ehtimalını artırır. Gözləyək.