KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Putinin əsas ümidi – Kadırov

Dadash Ahmadli: Putinin əsas ümidi – Kadırov

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
200 0

Bu günlərdə Rusiyada bir neçə olduqca əhəmiyyətli hadisələr baş verməkdədir. Həmin hadisələr Yevgeni Prigojinlə Sergey Şoyqu arasındakı mübahisələrin qızışması, Kadırov-Priqojin qarşıdurması, Putinin hərbi müxbirlərlə görüşü zamanı gözlənilməz bəyanatlar verməsi, Kremlin prorpaqandistləri olan Skabayevanın, Simonyanın, Solovyovun hamını təəccübləndirən açıqlamaları və s. olsa da, daha ciddi mübarizənin Kremlin daxilində getdiyini sezməmək olmur. Müşahidəçilərdən bəzilərii bütün proseslərə şəxsən Vladimir Putinin nəzarət elədiyini söyləsələr də, digərləri Rusiya prezidentinin hadisələrə nəzarəti artıq əldən veryinini, hər şeyi axara buraxdığını vurğulayırlar.

Bir neçə gün əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ciddi fikir ayrılığı yaranıb. Belə ki, güc blokunun rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə keçirilən növbəti görüşdə Putin Ramzan Kadırovun Çeçen döyüşçülərini Belqorod vilayətində diversantlarla mübarizəyə cəlb etmək planlarını bölüşüb. Nikolay Patruşev kəsinliklə bu qərara qarşı çıxıb. O, “kadırovçuları” cəlb etmədən vəziyyəti nəzarətə götürmək mümkün olduğunu, Kadırovun nümayəndələrinin Belqorod vilayətində artan təsirinin son vaxtlara qədər sabit və çiçəklənən regionun bütün sahələrində disbalans yaradacağını bildirib. Patruşev hesab edir ki, “kadırovçular” özlərini sadəcə, “sərhədin müdafiəçisi” olaraq məhdudlaşdırmayacaq və regionda kriminal vəziyyətə əhəmiyyətli dərəcədə təsir edəcəklər.
Prezidentin düşüncəsinə görə isə o, nəinki hadisələrin bu cür dönüşündən qorxmur, hətta, özü Kadırova “yağlı tikəyə” nəzarət etməyi təklif edər ki, onun döyüşçüləri Belqorod vilayətində sərhəddə vəziyyəti sabitləşdirsələr, daha sonra dinc dövrdə də bölgəyə nəzarəti həyata keçirsinlər və ümumiyyətlə, o, (Putin) sərhəd Kursk və Bryansk vilayətlərini Kadırovun döyüşçülərinin nəzarəti altına verməyi planlaşdırır.

Patruşev qəti şəkildə bunun əleyhinə olub və kifayət qədər ciddi arqumentlər gətirsə də, prezident öz fikrində təkid edib. Nəhayət, Patruşev Putinə deyib ki, rus torpaqlarını rus xalqı ilə birlikdə Kadırova təhvil verərək çeçenlərdən rusları ukraynalılardan qorumağı tələb etmək absurddur. Prezident nəhayət ki, hər şeyi qərara aldığını və artıq məsləhətləşməcəyini, faktı önünə qoyduğunu söyləyib. Buna Patruşev açıq mətnlə deyib: “Beləliklə, Siz təkcə Ukraynada deyil, Rusiyada da müharibəni uduzacaqsınız”. Qeyd etmək lazımdır ki, Təhlükəsizlik Şurasının katibi fəaliyyətsiz qalmayıb və artıq bu fikir ayrılığının nəticəsi olan maraqlı hadisələr silsiləsi müşahidə edilir və yaxın gələcəkdə də müşahidə ediləcək.

Dünən müalicə həkimləri Rusiya prezidenti Vladimir Putinə onun beynində metastazların olması barədə məlumat veriblər. Şahidlərin dediyinə görə, prezident bu xəbərdən sözün əsl mənasında əzilib və yalnız “nə qədər qalıb?” sualını öyrənməyə çalışsa da, cavabında həkimlər onu ancaq mübarizə aparmağın mümkün və lazım olduğunu deməklə ruhlandırıblar, guya “ şanslar var”. Həkimlər bir müddətdir ki, prezidentdə beyin metastazları olduğunu bilirdilər, lakin onun yaxın çevrəsindən və ailəsindən olan insanların tövsiyəsi ilə ona məlumat verməyə tələsmirdilər. İndi Putin səhhəti ilə bağlı vəziyyəti bilir və bu biliklərin onun qərar qəbul etmə rejiminə necə təsir edəcəyi yaxın gələcəkdə aydın olacaq.

 

Dadash Ahmadli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir