KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Putin ve Rusya birlikte çöküyor

Dadash Ahmadli: Putin ve Rusya birlikte çöküyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
235 0


Putin və Rusiya birlikdə çökür

Dünən Rusiya prezidenti Vladimir Putin vacib qərarlar qəbul etmədən, ard-arda iki mühüm görüş keçirib. 0, bir müddət informasiya meydanından yoxa çıxmazdan əvvəl efiri doldurmağa çalışır. Qarşıda onu böyük tibbi müayinə və yeni müalicə gözləyir. Putinin onkoloji xəstəliyi müalicənin mümkünsüz olduğu mərhələdədir və xəstəliyin gedişatını ləngitməklə orqanizmi dəstəkləmək üçün nəzərdə tutulan üsullar səmərəsizdir. Üstəlik, Ukrayna rəhbərliyinin elan etdiyi “böyük” əks-hücum tezliklə başlayacaq və prezident əsas şəxs kimi cəbhədəki mövcud vəziyyəti bilir və bunun rus qoşunlarını nə ilə təhdid etdiyini başa düşür. Ərazilərin itirilməsi və dağıntıların olduğu dövrlərdə Putin ekranlara çıxmamağa üstünlük verir və “çətin qərarların qəbulunu” hərbi komandanlığın öhdəsinə buraxır.

Rusiya prezidenti həm də xarici siyasət gündəmini doldurur. Belə ki, dünən Putin on yeddi dövlətin səfirininin etimadnaməsini qəbul edib. Səfirlərlə görüş zamanı Rusiya prezidenti yorğun və zəifləmiş təsiri bağışlayırdı. Son zamanlar onun xəstəliklə bağlı qorxuları o həddə çatıb ki, çıxışının sonunda səfirlərlə görüşməyi belə lazım bilməyib, qarantiyanı bəhanə gətirərək, onlarla uzaq məsafədən sağollaşıb getdi (aşağıdakı videomaterialda bu, aydın görünür). Eyni zamanda, o, öz şərtləri ilə olsa da, hər kəslə barışmağa hazır olduğuna inadla eyham vurdu.

Putin bir qayda olaraq, güclü mövqedən təkliflər verməyə öyrəşib və Rusiya prezidentinin hazırkı mövqeyi fonunda onun çağırışları qəribə və gülünc səslənir. Hətta, dünən danışıqlar üçün gələn Putinin sonuncu dostu Aleksandr Lukaşenko da Rusiya prezidentini ciddi qəbul etməyi dayandırıb. Lukaşenko pul üçün gəlib və yenə də istədiyi hər şeyi alacaq, çünki Putin sonuncu “dostunu” itirmək riskinə getməyəcək. Hər şey göz önündədir: Putin gündən-günə zəifləyir və onun bu halı Rusiyanın vəziyyəti ilə çox oxşardır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir