KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Dadash Ahmadli: Putin İranı nədən “satdı”?

Dadash Ahmadli: Putin İranı nədən “satdı”?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
183 0

Rusiya prezidenti Vladimir Putinin bəzi ölkələrin rəhbərliyi ilə “dostluğu” onun üçün asan deyil. Bu yaxınlara qədər Putin və onun nümayəndələrinin İran rəhbərliyini necə “yumşaltdğını” müşahidə etmək olardı. Rusiya prezidentinin özü mütəmadi olaraq İran prezidenti İbrahim Rəisiyə zəng edir və tez-tez onunla əlaqə saxlayırdı. Rusiya və İran rəhbərliyi arasında münasibətlər heç də həmişə rəvan inkişaf etməyib. İki ölkə arasında COVID-19-un yayılması, Suriya, İranın Rusiyanın Buşehr və Buşehr-2 atom elektrik stansiyalarının tikintisi üçün pul ödəməkdən imtina etməsi və digər məqamlar kimi bir çox problemlər olub. Putinin aqressiv müharibəyə başlamasından, bunun nəticəsində Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqindən sonra belə görünürdü ki, İran rəhbərliyi ilə Putin rejiminin “qardaşlığı” hələ xeyli davam edəcək.

İran Rusiyaya Ukraynanın mühüm infrastrukturuna zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatları verib. Üstəlik, İran Rusiya ilə böyük silah mübadiləsi sazişi bağlayıb. İran PUA-larının və ən əsası İran istehsalı olan ballistik raketlərin müqabilində Putin hərbi təyyarələr, hava hücumundan müdafiə sistemləri, ən əsası isə nüvə silahının sürətlə yaradılması üçün texnologiya və mütəxəssislər vəd edib. Müqavilə, ümumi razılaşmalara baxmayaraq, əvvəlcə silahların ötürülməsi üçün qəribə bir alqoritmə malik idi. İran (bu müqavilənin bir hissəsi kimi) raket buraxılış qurğuları təqdim etmədən az sayda pilotsuz təyyarə və ballistik raketlər vermişdi və İran rəhbərliyi Rusiyadan vəd edilmiş silahların, ilk növbədə nüvə silahı yaratmaq texnologiyalarının tədarükünü tələb etməyə başlamış və yalnız bundan sonra qalan silahları və atıcıları təmin etməyə razılaşmışdı. Putin vaxtı uzadır və başqa şeylərlə yanaşı, aldanmaqdan ehtiyat edərək kompromis şərtləri ilə danışıqlar aparmağa çalışırdı. Nikolay Patruşev, Vyaçeslav Volodin kimi Putinin çoxsaylı elçiləri İran rəhbərliyi ilə danışıqlar aparmağa çalışsalar da, işlər vəd ediləndən çox ləng gedirdi. Bəlkə də, İran rəhbərliyi daha mülayim olsaydı, hər şey başqa cür olardı. Amma…

Məsələyə təsir edən amillərdən biri də budur ki, Putinin onkoloji xəstəliyi var. Onu başqa, həm də bir növ dost dövlətin həkimləri müalicə edir və dərmanlarla təmin edirlər. Həmin dövlətin yeni/köhnə rəhbərliyi İrandakı hərbi obyektlərin yeri barədə etibarlı məlumat verməsə, Rusiya prezidentinin müalicənin dayandırılacağına yüngülcə eyham vurub. Bu məsələ ilə bağlı konkret sorğu verilib və cümə axşamı, yanvarın 26-da Putinin əmri ilə həmin sorğuya çox konkret cavab verilib. Çox güman ki, Rusiya prezidentinə sorğu göndərən ölkənin öz kəşfiyyat məlumatları artıq kifayət qədər dəqiq olub, lakin Putinin – İranın ən yaxın dostunun təsdiqi əvəzsiz idi. İran ərazisində vurulan bütün hərbi obyektlərin koordinatları Putinin əmri ilə təhvil verilən siyahıda olub. Öz həyatını xilas etmək üçün bir “dost”un dərmana satılmasının nə qədər doğru olduğunu söyləmək çətindir. Bunu ancaq Putin dəqiq deyə bilər.

Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir