KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Priqojin-Putin qarşıdurması yenidən alovlanır

Dadash Ahmadli: Priqojin-Putin qarşıdurması yenidən alovlanır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
168 0

Vaqner Özəl Hərbi Şirkətinin (ÖHŞ) İyun ayının 24-də başlayan və bir gün sonra səngiyən qiyamının yenidən baş qaldıracağı əksər siyasi təhlilçilərdə şübhə doğurmurdu. Artıq, deyəsən, bu proses başlamaq üzrədir. Vaqner ÖHŞ rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılaşmalar pozulur. Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev başda olmaqla, Rusiya prezidenti Vladimir Putinin əhatəsində olan bir qrup şəxs həm prezidentin, həm də Yevgeni Priqojinin razılaşmalara əməl etməməsindən hiddətlənir və tərəfləri əvvəlcədən danışılmış və razılaşdırılmış çərçivəyə qaytarmağa çalışırlar.

Bəla orasındadır ki, Rusiya prezidenti Vladimir Putin hərbi qiyamın dayandırılması ilə bağlı razılığa gəldikdən dərhal sonra Yevgeni Priqojinin Vaqner ÖHŞ adından irəli sürdüyü əsas şərtlərdən birini, yəni Sergey Şoyqu və Valeri Gerasimovun Xüsusi Hərbi Əməliyyatın (XHƏ) rəhbərliyindən kənarlaşdırılması, onların istefası və məsuliyyətə cəlb edilməsi bəndini yerinə yetirməkdən imtina edib. Xatırladaq ki, o zaman danışıqlar prosesinə Nikolay Patruşev nəzarət edirdi və razılaşmanın demək olar ki, bütün bəndləri Putinlə razılaşdırılırdı, ən azı prezident istisnasız olaraq sazişin heç bir bəndinə mənfi münasibət bildirməmişdi. Lakin bütün razılaşmaları və üsyanın faktiki sonunu razılaşdırdıqdan sonra Putin Priqojinin irəli sürdüyü sövdələşmənin əsas şərtini yerinə yetirməkdən qəti şəkildə imtina edib. O zaman artıq nəzarət altına alınan və azadlığı məhdudlaşdırılan Sergey Şoyqunun vəzifədən azad edilməsi tələbini yerinə yetirməyib. Hadisədən bir neçə gün sonra Şoyqunun üzərindən bütün məhdudiyyətlər götürülüb və o, XHƏ rəhbərliyinə qayıda bilib. Putinin əsas tələbi yerinə yetirməkdən imtina etməsi Vaqner ÖHŞ-nin rəhbərliyi və şəxsən Yevgeni Priqojin tərəfindən son dərəcə mənfi qarşılanıb.

Putinə Priqojindən şəxsi mesaj verilib, burada Vaqner ÖHŞ-nin rəhbəri öhdəliklərinin bir hissəsindən imtina etdiyini və Rusiyada fəaliyyətini və o cümlədən nəzarəti altında olan Vaqner ÖHŞ-nin fəaliyyətini davam etdirəcəyini bildirib. Prezident bu mesaja kifayət qədər ləng reaksiya verib, lakin bu (mesaj) hərbi üsyanı dayandırmaq üçün razılaşmaların baş kuratoru Nikolay Patruşevi və güc bloku rəhbərliyinin əhəmiyyətli bir hissəsini həddindən artıq qəzəbləndirib. Patruşevdə prezidentə onu şərtlərə əməl etməyə məcbur etmək üçün xüsusi təzyiq rıçaqları yoxdur, lakin Priqojini sövdələşmənin şərtlərinə əməl etməyə məcbur etmək cəhdi var.
Yevgeni Priqojin özü də onunla razılaşmalara şübhə ilə yanaşırdı və artıq demək olar ki, açıq şəkildə ölkə rəhbərliyinə qarşı oynamağa hazırlaşır. Patruşev Priqojini razı salmaq üçün Lukaşenkonu cəlb etməyə çalışıb, lakin Aleksandr Qriqoryeviç heç bir şəkildə kömək edə bilməyəcəyini bildirdib və qeyd etmək lazımdır ki, razılaşmaların pozula biləcəyinə sevinib. Priqojinlə böhranın yenidən alovlana biləcəyinə baxmayaraq, Putin bu problemin müzakirəsində belə iştirak etməkdən imtina edir, həll yollarının axtarışını Patruşevə həvalə edir və “məsələnin öz-özünə həll olunacağına” ümid edir. Bütün bu gedişat onu göstərir ki, Vladimir Putin göründüyündən də zəif və axmaqdır, bu isə o deməkdir ki, siyasi böhran heç də uzaqda deyil.
Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir