KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Macarıstan nə üçün Aİ-nin qərarlarını əngəllləyir?

Dadash Ahmadli: Macarıstan nə üçün Aİ-nin qərarlarını əngəllləyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
201 0

Gürçüstanın sabiq presidenti Mixeil Saakaşvili müsahibələrindən birində danışırdı ki, Rusiya prezidenti Vladimir Putinlə ilk görüşləri zamanı Putin onun dizindən tutaraq dırnaqlarını onun ətinə batırana qədər sıxıb və ondan amiranə şəkildə bir sıra tələblərdə bulunub. Mişa deyirdi ki, mən başa düşdüm ki, Putin məni “əməkdaşlığa cəlb etmək” (verbovka) istəyir və yəqin ki, bu, KGB metodudur. Putinin “yaxın dostları” ilə münasibətlərinə diqqət yetirsəniz, görərsiniz ki, onlara necə yuxarıdan-aşağı (boyu buna imkan verməsə də) baxır və onlarla əşya ilə davranan kimi davranır. Yalnız Ermənistan baş naziri Nikol Paşinyanla son görüşdə əks mənzərə müşahidə etmək olardı. Nikolun onu qucaqlayıb öpmək istəyən Putindən üzünü kənara çəkməsi çox şeylərdən məlumat verirdi. Yalnız bu hərəkətinə görə güman etmək olar ki, Nikol Paşinyan Putinin şəxsi asılılığında deyil. Amma başqaları barədə bunu demək çətindir. Məsələn, Avropa İttifaqı daxilində hər qərarı sabotaj etməyə çalışan Macarıstanın baş naziri Viktor Orbanın haqqında daxil olmuş məlumat belələrinin necə ağır vəziyyətdə olduğunun bariz nümunəsidir.

Macarıstanın baş naziri Viktor Orbanın Vladimir Putinə göndərdiyi mesajda “çox da şey eləməmək” tələbi yer alır. Putinin Macarıstanın baş nazirinə Avropa İttifaqının bütün strukturlarında “anti-Rusiya” qərarlarına qarşı müqaviməti gücləndirmək tələbinə cavab olaraq Orban cavab verir ki, o, mümkün olan və mümkün olmayan hər şeyi edir, lakin hər şeyin həddi var. Macarıstanın baş naziri əmin edir ki, o, Rusiya prezidentinin sadiq dostu olaraq qalacaq və Avropa İttifaqında Rusiya rəhbərliyinin maraqlarını müdafiə edəcək, lakin imkan daxilində. Orban xahiş edir ki, Rusiya xüsusi xidmət orqanlarına bağlı mütəşəkkil cinayətkar birliklərin nümayəndələri ilə onun (Orbanın) korrupsioner əlaqələri ilə bağlı Kremldə olan məlumatların açıqlanması ilə daha şəxsən onu hədələməsin. Son zamanlar Macarıstanın baş naziri Viktor Orbana Rusiya rəhbərliyi tərəfindən təzyiqlər həqiqətən də, ciddi şəkildə artıb.
Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir