KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Dadash Ahmadli: Kabayeva-Putin münaqişəsi

Dadash Ahmadli: Kabayeva-Putin münaqişəsi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
266 0

Son zamanlar Rusiya prezidenti Vladimir Putin öz yaxın çevrəsindən olan insanlarla tez-tez mübahisə edir ki, bu da əvvəllər müşahidə olunmurdu. Putinin mübahisə etdiyi və bir müddət sonra barışdığı ən yaxın dostu Yuri Kovalçuk barədə məlumatlar yayılır. Həmçinin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə mübahisə barədə də məlumat paylaşmışam. Putin və onun vətəndaş nikahında olduğu, keçmiş gimnast və prezidentin övladlarının anası Alina Kabaeva ilə də münasibətləri mübahisə və münaqişəsiz keçməyib. Bu dəfə isə ailə münaqişəsinə səbəb “Proekt” nəşrinin Putin və Kabayevanın əlaqələri və “ağır zəhmət”lə birgə əldə etdikləri əmlakla bağlı araşdırması olub. (Həmin araşdırma barədə dünən məlumat vermişdim. Maraqlananlar üçün materialı şərh yerində yerləşdirirəm).

Prezident Putin Kabayevanı qınayıb ki, onun fikrincə, belə bir araşdırma Alinanın rəfiqələrinin hədsiz boşboğazlığı sayəsində mümkün olub. Onlar, prezidentin dediyinə görə, “bildikləri və bilmədikləri hər şey haqqında hər küncdə çərənləyirlər”. Putin bildirib ki, sızmanın Kabayevanın dostlarınnın çevrəsindən gəldiyi barədə 100% məlumatı var. Eyni zamanda, prezident ağına-bozuna baxmadan, “dördmərtəbəli” ifadələrlə xanımının ünsiyyətdə olduğu hər kəsi təsvir edib. Hadisənin təsadüfi şahidlərinin dediklərinə görə, Alina qarşılıqlı iddialarla cavab verib ki, o cümlədən onun sözləri içərisində özünün “ərsiz qadın olması”, “hər zaman tək qalması”, ” daha yaxşı olardı ki, o öz dostlarına nəzarət eləsin” və s. bu kimi ifadələr yer alıb. Qarşılıqlı ittihamlar Kabayevanın göz yaşları və həyat yoldaşı ilə şifahi dueldə “qələbədən” həzz alan prezidentin əhvalının qısa müddətə yaxşılaşması ilə başa çatıb.

Ötən gecə Putinin səhhəti pisləşib, o, kəskin ürəkbulanma və baş ağrısı səbəbindən yeməkdən imtina edib. Növbətçi həkimlər çağırılıb və təxminən yarım saat Putinin yanında qaldıqdan sonra onu tərk ediblər. Martın 5-dən dövlət başçısını məcburi terapiya kursu gözləyir və bununla bağlı Prezidentin mətbuat katibi Dmitri Peskovun Putinin bütün mart ayı üçün gərgin iş qrafiki ilə bağlı açıqlaması başa düşülən deyil. Peskov, əlbəttə ki, tam olmasa da, hələ də prezidentin hazırkı sağlamlıq problemlərindən və Putinin heç də yaxşı vəziyyətdə olmadığı səbəbindən müalicə kursundan xəbərdardır. Tədbirlərində iştirak etmək, videobağlantı vasitəsilə görüşlər, ictimaiyyət önünə və kameralar qarşısına çıxma fəaliyyətlərini prezidentin oxşarının həyata keçirəcəyi gözlənilir. (Yeri gəlmişkən, son zamanlar ictimaiyyət qarşısına çıxan şəxsin məhz Putinin oxşarı olması ilə bağlı çox ciddi iddialar var). Və yaxın zamanda Putinin imkanları ciddi şəkildə məhdudlaşdırılacaq.

Dadash Ahmadli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir