KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Dadash Ahmadli: Gürcüstanda nə baş verir?

Dadash Ahmadli: Gürcüstanda nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
300 0

Rusiya-Ukrayna cəbhəsində rusların vəziyyəti ağırlaşdıqca, Putin bunu başqa cəbhələrdə “qələbələrlə” kompensasiya etməyə çalışır. Amma buna nə dərəcədə nail olacağı şübhə altındadır. Qarabağda baş verən son olaylar, Gürcüstanda insanların ayağa qalxması və s. bu kimi hadisələr məhz Rusiyanın Qafqazı “əlində saxlaması” yolunda göstərdiyi çabalardır. Kremldə başa düşürlər ki, Ukrayna məsələsinin həllinin ardınca Qafqaz əsas mübarizə meydanına çevriləcək. Odur ki, buradakı “beşinci kolon”ların xidmətindən yararlanmaqla sabitliyi pozmaq və bununla da hadisələrin axarını dəyişmək fikrinə düşüblər.

Dünən Rusiya prezidenti Vladimir Putinə Gürcüstandakı mövcud vəziyyətlə bağlı bir neçə məruzə təqdim olunub, burada yerli parlament “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib və bu, kütləvi etiraz dinamikasına səbəb olub. Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Gürcüstana məxfi səfərə cəhdindən, Gürcüstanın indiki hakimiyyətinin köməyi və Rusiya prezidentinin şəxsi tapşırığı ilə ötürülən zəhərlə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin zəhərlənməsindən, eləcə də, Rusiya xüsusi xidmət orqanları tərəfindən Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə sui-qəsd hazırlanması barədə əvvəllər yazmışdım.

İndi də Putin müşahidəçi kimi Gürcüstanda birbaşa iştirak etdiyi xaosun inkişafını izləyir. Putinin Gürcüstandakı qeyri-sabit vəziyyətdən öz problemlərini həll etmək üçün istifadə etməyə qərar verməsi şansı çox azdır. Çünki əksər müşahidəçilərin fikrincə, Rusiya prezidenti qorxaq və mahiyyət etibarı ilə çox etibarsız insandır, kəskin addımlar atmaq üçün ona bir sıra əsas şəxslərin dəstəyi və təşviqi lazımdır. O, əməliyyata cavabdeh olan şəxslərdən 100% təminat almalıdır və Ukrayna hadisələri fonunda Putinin çevrəsində belə məsuliyyəti öz üzərinə götürməyə hazır olan axmaqlar sadəcə olaraq, yoxdur. Gürcüstanın müstəqil və adekvat şəkildə hazırkı böhrandan çıxa bilməsi Putinin bütövlükdə Qafqazda sabitliyi pozmaq planlarına ciddi zərbə vura bilər. Gürcüstan prezidenti Salome Zurabişvilinin qanun layihəsini əngəlləyəcəyi ilə bağlı bəyanatı və ABŞ Dövlət Departamentinin sözçüsünün “istənilən ölkədə insanların universal haqlarına müdaxilə edənləri məsuliyyətə cəlb etmək üçün alətlərimiz var” deməsi də həm Gürcüstanda, həm də bütövlükdə Qafqazda Rusiya erasının sona yaxınlaşdığından xəbər verir.

Dadash Ahmadli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir