KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Çinin planı alınmadı

Çinin planı alınmadı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
264 0

ABŞ-la Çin arasındakı mübarizə texnologiyalar istiqamətində də var gücüylə davam edir. Vaşiqntonun əsas hədəfi Çinin “Huawei” şirkətidir. ABŞ-ın dövlət katibi Mayk Pompeo Çini “Huawei” şirkəti və “HSBC” bankı vasitəsilə Böyük Britaniyaya təzyiq göstərməkdə günahlandırıb.
Mayk Pompeo bildirib ki, “Huawei” şirkəti rəsmi Pekinin əlində təzyiq alətidir. “Huawei” şirkətinin Çinin Kommunist partiyasının dövlət kəşfiyyatını davam etdirdiyini” – deyən Mayk Pompeo bildirib ki, Vaşinqton müttəfiqləri ilə birgə Çin Kommunist partiyasının məcbur etmə və hədə-qorxu gəlmə taktikasına qarşı mübarizə aparır. Pekin başqa dövlətləri də hədələyir. Pekin “Huawei” şirkətinə ehtiyatla yanaşan Avtraliya, Danimarka və digər bu kimi dövlətləri də hədələməkdən çəkinmir. Ancaq bu hədələr əks-effekt yaradır.
Göründüyü kimi, Çin ABŞ-la yanaşı Vaşinqtonun müttəfiqlərini də hədəf alıb. Londonun “Huawei” şirkəti ilə bağlı tərəddüdləri artır. Pekin 5G şəbəkəsinin Birləşmiş Krallıq ərazisində qurulmasına Londonun icazə verməyəcəyi təqdirdə Britaniyanın “HSBC” bankını cəzalandırmaqla və burada Atom Elektrik Stansiyasının inşası üzrə öhdəliklərini pozacağı ilə hədələyib. Məsələ burasındadır ki, “HSBC”-nin Asiya-Sakit okean bankının baş direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü Piter Vonq “Honkonqun muxtariyyətini məhv etmək və BMT tərəfindən qeydə alınmış müqavilədəki öhdəlikləri pozmaqla bağlı Pekinin katastrofik qərarı”nı dəstəkləyən petisiya imzalayıb.
“Huawei” şirkətini ağır günlər gözləyir. Çin hakimiyyəti Qərb ölkələrindən illərdir informasiya texnologiyalarını ona görə oğurlayırdı ki, müxtəlif şirkətlər yaradıb dünya bazarlarına hakim olsun. “Huawei” şirkəti də eyni məqsədə qulluq etməliydi. Ancaq bir çox ölkə Pekinin bu hiyləsini anlayaraq Çinin bu siyasətinə qarşı müqaviməti gücləndirdi.

Elhan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir