KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cenevrədə nə danışılıb?

Cenevrədə nə danışılıb?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
323 0

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə 3 gün (28-30 yanvar) boyunca uzun saatları çəkən danışıqlar aparıblar. Danışıqlardan sonra nazirlər və həmsədrlərin ortaq açıqlamasından (https://www.osce.org/minsk-group/445114) da ortaya cıxan əsas məqamlar bunlardır:

1.2019-cu ildə tərəflər arasında bəzi təkliflər irəli sürülüb və razılıqlar əldə edilib və onlar hazırda geniş müzakirə edilir.

2. Bu razılıqlar arasında xalqları sülhə hazırlamaq və humanitar mübadilə yəni əsir dəyişimi və qarşılıqlı jurnalist (yəqin ki gələcəkdə ictimai liderler və s. konteksində) gəliş gedişlər xüsusi yer tutur.

3. Acıqlamada Helsinki Yekun Aktı vurgusu diqqəti cəlb edir. Məsələ burasındadır ki, o aktin 10 prinsiindən 6-i Qarabağla birbaşa baglidir: Zor işlətməmək prinsipi; Sərhədlərin toxunulmazlığı prinsipi; Dövlətlərin ərazi bütövlüyü prinsipi; Mübahisənin dinc yolla həll olunması prinsipi; Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi. Anlaşılan burada tərəflərin ikisinə də göy muncuq paylanır. Ancaq bu prinsipler arasi munasibetlerin birmənalı tənzimlənməsi problemlidir.

4. Açıqlamaya görə, tərəflər nizmalamanın gündəliyi və zamanlamasını müzakirə edirlər.

5. Açıqlamaya görə, həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllini və nizamlama prosesində məxfilik prinsipini xüsusi vurğulayıblar. Deməli gizlənəcək problemli məqamlar var.

6. Açıqlamada həmsədrlər yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha vurğulayıblar. Deməli, tərəflər ciddi güzəştlər nəzərdə tutan və adına “yaradıcılıq” deyilən əndrabadi bir model zürində işləyirlər. Acıqlamada xalqları sülhə hazırlamaq vurğusunu da bu mənada anlamaq lazımdır. Paşinyanın görüşdən öncə Sarkisyan hakimiyyətinin müzakirələrdə verdiyi güzəştlərdən bəhs etməsi də Ermeni tərəfinin öz növbəsində prosesə hazırlandığının işarəsidir. Bizdə bu proses parlament seckisindən sonra bir az daha aydınlığa qovuşa bilər. Ancaq 2020-ci il sonuna qədər tam netliq olmayacaq. Cunki Qarabağda da qondarma seçkilər var, ustəlik Azərbaycada siyasi arenada basqa fəallıqlar gündəmə gələ bilər.

7. Açıqlamaya görə, müzakirələr novbəti görüşlərlə davam edəcək.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir