KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cenevrə görüşü niyə nəticəsiz qaldı?

Cenevrə görüşü niyə nəticəsiz qaldı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
308 0
zuriye

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ müharibəsinin həlli məqsədiylə 3 gün öncə Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrlərinin iştirak etdiyi Cenevrə görüşü baş tutdu.
27 il sürən cəfəng danışıqlar kimi bu danışıqların da heç bir bəhrəsi olmadı. Əvvəla Cenevrə görüşündə də məqsəd humanitar atəşkəsin elan olunması idi. Son həftələrdə əldə olunan hər 3 atəşkəsi sivil insanları hədəf alaraq pozan Ermənistan tərəfi oldu.İnsan haqları qurumları beynəlxalq əhv təşkilatı və İnsan haqları İzləmə Təşkilatı, ermeni güclərinin çərşənbə günü Azərbaycanın Bərdə şəhərinə kasset bombalarıyla hücumunu doğrulayaraq, sivillərin ölümünə səbəb olan bu silahların tətbiqinə son qoyulması çağrısı edildi. Lakin bu məsələ Cenevrə görüşünün gündəliyinə çıxarılmadı. Mülki əhalinin hədəf alınmaması çağırışı edilsə də, bu çağırışın Azərbaycana aidiyyatı yoxdu. Görüşlə bağlı tək qaneedici məqam Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı çıxılmaması oldu. Ermənistanın hər vəclə danışıqlar xətrinə olan danışıqların keçirilməsində indiki məqsədi, Azərbaycanın şücaətli ordusunu dayandırmaq və xaricdən əlavə köməklər ala bilmək üçün vaxt qazanmaqdır. Ermənilər nəticəsiz danışıqları uzadaraq status kvonu saxlamaq və danışıqlarda diqtə edən tərəf olmaq istəyirdilər. Lakin Azərbaycanın güclü diplomatiyası və ordumuzun rəşadəti ilə status kvo artıq dəyişilib.Ətraf rayonların beşi demək olar ki işğaldan azad olunub və bundan sonra da Azərbaycan BMT qətnamələrinin icrasını hərbi yolla davam edəcək. Bir sözlə, danışıqların əhəmiyyətli olması üçün qarşı tərəf işğalçı və terrorçu niyyətindən əl çəkməli, digər işğal olunmuş ərazilərdən ordusunu çıxarmalı, danışıqlarda vasitəçi olan tərəflər isə işğalçını öz adı ilə açıq şəkildə çağırmalıdır. Əks halda silsiləli şəkildə keçirilən danışıqlar vaxt itkisi olmaqla, heç bir əhəmiyyət daşımayacaq.

Züriye Garayeva kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir