KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Rəsulzadə yol adamı idi və yoluna sadiq lider idi

Cemil Hasanlı: Rəsulzadə yol adamı idi və yoluna sadiq lider idi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
42 0

Bu yolun başlanğıcı da, bitməyən sonu da istiqlaliyyətdir, müstəqillikdir. Bu yolda o, ağır mərhumiyyətlər görüb, amma tutduğu yoldan dönməyib. İndi arxivlər açılanda məlum olur ki, Sovet xüsusi xidmət orqanları həmişə, hər yerdə onun arxasınca sürünüb. 1939-1946-cı illərdə Sovet xarici kəşfiyyatının rəhbəri Pavel Fitin 1944-cü ilin iyul ayının 17-də Rəsulzadə haqqında Molotovun adına bir arayış hazırlamışdı. Maraqlıdır Sovet kəşfiyyat şefi onu Polşa, Türkiyə, hətta, uzaq Yaponiya kəşfiyyat orqanları ilə əlaqələndirsə də, “Abver”lə bağlılığı haqqında bir şey tapa bilməmişdi. General-leytenant Fitin Molotovu məlumatlandırırdı ki, Sovet orduları Rumıniyaya yaxınlaşana qədər Rəsulzadə türk səfiri Həmdullah Sübhi Tanrıöverin yardımı ilə Buxarestdə yaşayıb. Fitin onu da əlavə edirdi ki, Rəsulzadə həmin vaxt Rumıniyadakı türk səfiri vasitəsi ilə Türkiyə hökumətindən maliyyə yardımı alırdı.

2021-ci ilin mart ayının 15-də Türkiyə Diplomatik Arxivi Rumınıyada 13 il səfir işləmiş “Qaqauzların himayədarı” kimi tanınan yazıçı diplomat Həmdullah Sübhi bəyin raporlarınının üzərindən gizliliyi qaldırıb. Doğrudan da Həmdullah Sübhi bəy 1942-ci ilin dekabrında və 1943-cü ilin fevralında (yəqin sonra da) Alman rəhbərliyinin Rusiya türkləri, Qafqaz millətləri haqqında görüşləri və Rəsulzadəyə münasibəti haqqında Türkiyə xarici işlər nazirliyinə son dərəcə maraqlı raporlar göndərib. 10 dekabr 1942-ci il raporu 20 səifədir, 26 fevral 1943-cü il raporu 7 səhifədir. Birinci raporda Rəsulzadənin Almaniya xarici işlər nazirliyinə təqdim etdiyi 8 bənddən ibarət tələblərin tam mətni verilib. Başlıca tələb Azərbaycanın müstəqilliyidir. Rəsulzadə qeyd edirdi Rusiya əsarətindən azad olandan sonra məmləkətin siyasi, milli, idari işləri Azərbaycan Milli Komitəsinin əlində olmalıdır. Həmdullah Sübhinin raporlarından aydın olur ki, bu məsələdə Rəsulzadə ilə Alman rəhbərliyi arasında ciddi fikir ayrılıqları olub. Görünür Rəsulzadənin Berlini tərk etməsinə səbəb də müstəqillik məsələsində Almaniya rəhbərliyinə güzəşt etməməsi olub.

Eyni zamanda Həmdullah Sübhi bəyin raporlarında Azərbaycan, Qafqaz, Türkistan legion hərbi birlikləri, orada xidmət edənlərin sayı, komanda heyəti, Alman komandanlığının onlara münasibəti haqqında, xüsusi ilə Türkistan mühacirəti lideri Veli Kayyum xanın hazırkı Qurbanqulu Arxadağdan fərqlənməyən siyasəti barədə maraqlı məqamlar var.

Yeri gəlmişkən Almaniyanın bütün Yaxın Şərqdə kəşfiyyat şəbəkəsini əlaqələndirən Türkiyədəki Alman səfiri Fon Papaen öz ölkəsinin xarici işlər nazirliyini xəbərdar edirdi ki, “Rəsulzadə iri miqyaslı siyasi xadimdir”. Bax, belə lider idi Məhəmmədəmin bəy!
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.