KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Qubad İbadoğlunun qanunsuz həbsi

Cemil Hasanlı: Qubad İbadoğlunun qanunsuz həbsi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
90 0

London iqtisadiyyət Məktəbinin dəvətli professoru Qubad İbadoğlunun qanunsuz həbsindən 270 günə qədər vaxt keçir. İndi Qubad bəyin işi bir vaxtlar Fransada nahaqdan tutulmuş “Dreyfus işi” kimi ümumdünya xarakter alıb. Böyük yazıçı Emil Zolyanın onun haqqında Fransa prezidentina yazdığı məktub Paris qəzetlərində dərcindən sonra bütün ölkə kapitan Dreyfusun müdafiəsinə qalxmışdı. Təəssüf ki, bu gün Azərbaycanın Emil Zolyası yoxdur. Amma Qubad bəyin müdafiəsi ümumdünya məzmununa görə “Dreyfus işi”ndən də geniş coğrafiyaya yayılıb. Havay adlarından tutmuş Mikroneziya – Samoa adalarına qədər Qubad bəyin müdafiəsinə qalxmayan yoxdur. O, adalarda ki, Azərbaycanın hakim elitası oğurluq pulları gizlədir. Ən azından Azərbaycanda hələ heç kim bu qədər geniş beynəlxalq dəstəyə malik olmayıb. Bunun bir hissəsi Qubad bəyin şəxsi nüfuzu ilə bağlıdırsa, digər hissəsi belə nüfuzlu bir alimin, müəllimin, ziyalının son dərəcə absurd, normal düşüncədən uzaq olan ittihamla həbs olunması ilə bağlıdır.

Qubad bəyin həbsindən 270-günə yaxın vaxt keçməsinə baxmayaraq ölkə hakimiyyətindən, hüquq mühafizə orqanlarından kimsə çıxıb ölkə ictimaiyyətinə, beynəlxalq aləmə, dünyanın ünlü akademik dairlərinə 7 dəqiqəlik ağlabatan bir izahat verə bilmir ki, ölkənin dünyaya çıxan, dünyanın qabaqcıl universitetlərində milləti təmsil edən bir adamı nə səbəbə tutublar. Son vaxtlar İlham Əliyev tez-tez vurğulayır ki, beynəlxalq aləmdə bizi təcrid edirlər. heç bir suçu olmayan Qubad İbadoğlu kimi təmiz bir adamı, Tofiq Yaqublu kimi dürüst bir adamı, Ələsgər Məmmədli kimi hüququn hərfinə və ruhuna hörmət edən bir adamı, Hafiz Babalı kimi aydanarı-sudan duru bir iqtisadçısını, Abzas Medianın gənc qızlarını, Toplum tv-nın əməkdaşlarını, 11 nəfərdən artıq günahsız cəbhəçini, yüzlərlə dindarı saxta, qurama ittihamla həbs etdiyinizə görə niyə sizi təcrid etməməlidirlər. Axı siz Qubad İbadoğlu kimi bir alimi gülünc saxta pul kəsmək ittihamı ilə həbs etdikdən sonra normal dünyada sizə salam verən olmamalıdır.

Bunlar Avropa Şurasında nümayəndə heyətinin mandatının dondurulmasını ölkə ictimaiyyətinə Qarabağla bağlı izah etməyə çalışırlar. Yəni “vətənpərvərlik” dalğasında cəzalandırıldıqlarını cəmiyyətə təlqin edirlər. Amma demirlər ki, bu, Qarabağdan daha çox Qubad İbadoğlu kimi adamların gülməli həbsi ilə, Saxta seçkilərlə, siyasi azadlıqların qadağan edilməsi, olmayan pandemiyadan siyasi məqsədlərlə istifadə edilməsi, millətin hərəkət azadlığını məhdudlaşdırıb qapalı cəmiyyət yaratmaq cəhdləri ilə bağlıdır.

Ən gülməlisi odur ki, hakimiyyətin əlaltı mediası olan “Yeni Müsavat” qəzeti ABŞ Senatının 26 üzvünün imzası ilə Konqresə təqdim etdiyi “İbadoğlu layihəsini” “Ermənipərəst konqresmenlər Qubad İbadoğlunun “müdafiəsi”ndə başlığı təqdib edib ictimai fikri çaşdırır. “Erməni kartı” bunlar üçün Azərbaycan cəmiyyətini aldatmaq üçün bir vasitəyə çevrilib. Amma buna inan kimdir. Elman Nəsirovun cəmiyyətdə nə nüfuzu var ki, ona kimsə inansın. Həmin Senatorlardan bir olaraq Dik Durbin vaxtı ilə Mehman Əliyevi də, Bəxtiyar Hacıyevi də, elçin Sadıqovu da müdafiə edib, insan haqlarına hörmət edilməsi ilə bağlı Əliyevə məktub göndərib. Bu 26 senatr nə deyir, deyir Qubad oğlu kimi bir alimi saxta, saxta olduğu qədər də gülünc pul kəsmək ittihamı ilə tutma, ölkənin 300 nəfərə qədər vətəndaşına, fəalına, alimina, ziyalısına aşsüzən kimi deşik-deşik olan torba tikmə. Öz vətəndaşını alver predmetinə çevirmə.

Azərbaycan cəmiyyətində işgəncə deyəndə bir qayda olaraq Əliyevin ölkə boyu yaratdığı işgəncə laboratoriyalarında adamların döyülməsi, bədəninə elektrik cərəyanı verilməsi, istintaq altında dyülüb öldürülməsi insanların gözü qarşısına gəlir. Amma Qubad İbadoğlu kimi bir adama qarşı saxta pul kəsmək ittihamı irəli sürmək ona verilən işgəncə, əzab, alçaltma deyilmi? Bu günlərdə Qubad bəyin vəkili ilə görüşüb onun vəziyyəti barədə birinci mənbədən məlumat aldım. Dəhşətli mənzərədir. İşi, peşəsi korrupsiya, rüşvət, büdcə talançılığı, para qaçaqmalçılığı olan natəmiz bir güruh Qubad bəy kimi təmiz bir adamı, nəcib bir ziyalını, dünya səviyyəli bir iqtisadçını, öz saflığını qorumaq üçün suyu da üfürə-üfürə içən vətəndaşı göz görə-görə məhv edirlər.

Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir