KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Nazarbayevin 30 il ərzində bərqərar etdiyi rejim çökür

Cemil Hasanlı: Nazarbayevin 30 il ərzində bərqərar etdiyi rejim çökür

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
312 0

Qazaxıstanda Nazarbayevin 30 il ərzində bərqərar etdiyi rejim çökür. Belə də olmalı idi. O Londonda oğurluq mülkləri almaqda İlham Əliyevlə yarışa girmişdi. Artıq hökumət istefa verrib. Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad edilib. İndicə Rusiya XİN-in məlumatı yayıldı ki, o, müalicə adı ilə korrupsioner rejimlərin qaçacaq yeri olan Rusiyaya müalicə adı altında gəlməyə hazırlaşır.

Bir sıra Qazaxıstan şəhərlərində onun heykələrin başına ip salıp uçurublar. Eyni aqibət bizim müzəffər İlham Əliyevi və Heydər Əliyevin heykəllərini də gözləyir. Bunlar korrupsiya üzərində dayanan ayaqları çöpdən olan “nəhənglərdir”. Xalq ayağa qalxan kimi karton evlər kimi dağılır və iki gün ərzində çökürlər.

Təsəvvür edin ki, Qazaxıstanda əmək haqqı və pensiyalar Azərbaycandan iki dəfə artıq, qiymətlər Azərbaycandan iki dəfə uçuz idi. Amma xalq ayağa qalxıb onların sərvətlərini oğurlayan, büdcəsini talan edən, həyatını cəhənnəmə çevirən bu oğruların bir gün yaxasından tutmalı idi və həmin gün gəlib. Bu gün günortaya qədər oliqrxlar öz təyyarələri ilə Qazaxıstanı tərk ediblər. Verilən məlumatlara görə günün birinci yarısı oliqrxlara məxsus 12 JET təyyarəsi havaya qalxıb. Bunların qarşısını almaq üçün xalq böyük şəhərlərdə hava limanlarını tutur.

Nazarbayayevin qurduğu mif bax belə rüsvayçı şəkildə dağılır. Nazarbayef televiziyası öz fəaliyyətini dayandırdı. Hakimiyyət jurnalistləri gizli yollarla iş yerlərindən qaçırlar. Qeyd etdiyim kimi İlham Əliyevi də eyni aqibət gözləyir və xalqın onun yaxasından yapışacağı gün elə də uzaqda deyil. Nə qədər bacarır qoy qiymətləri artırsın.

P.S, Yeri gəlmişkən iki gün əvvəl Zəngilanda “ağıllı kənd” inşa edib fəhlərin əmək haqqın verməyən şirkət haqqında yazmışdım. Araşdırmalar nəticəsində aydın oldu ki, adı gizli saxlanılan həmin “anonim” şirkət (AS Group Investment) “etibarlı” adam kimi İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümova məxsusdur.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir