Şimdi yükleniyor

Cemil Hasanlı: Narahat olan dostlara təşəkkürlər! DTX-ya çağırmışdılar

Bəzi sulları vardı, verdilər və biz də onları maraqlandıran məsələyə aydınlıq gətirdik.

Lakin əvvəlcə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bəzi avara-avara saytlar və onlar kimi adamlar mən DTX-da olanda yazıblar ki, guya mən ölkədən qaçırmışam, məni tutub saxlayıblar. Biz 23 gün əvvəl, yəni noyabr ayının 7-də Dubaya bilet almışıq. Bu gün getməli idik. Evdən çıxanda əşyaları elə yığmışıq ki, bu camadan gedəcək, bu camadan isə getməyəcək. Biz dağ yolları, meşə əraziləri, cəngəllik yolu ilə ölkədən qaçmaq istəməmişik ki.

Bir də bu vətən bizimdir, bu ölkə Raufların, Mirşahinlərin, Ərudların və onlar kimilərin vətəni, ölkəsi deyil. Bura bizim vətənimizdir, bizim ölkəmişdir. Biz öz ölkəmizdən hara qaçırıq. Bizim göbəyimiz bu ölkəyə kəsilib və arxayın olsunlar, heç hara gedəsi deyilik.

Hələ 2013-cü ilin prezident səçkiləri gedişində Səyavuşkimilər, Zahidkimilər şayiə yayırdılar ki, mən ona görə belə sərt danışıram ki, seçkidən sonra hansısa xarici ölkədən sığınacaq alım. Üzərindən 12 il keçib, heç hara da getməmişəm.

Bütün bunlar boş və avara söhbətlərdir. Getmişik aeroporta. Sərhəd xidməti çox nəzakətlə deyib ki, Cəmil müəllim sizin ölkədən çıxınızı məhdudlaşdırıblar. Mən də təşəkkür edib Fatma xanımı yola salmışam və pasportumu alıb geri dönmüşəm. Bu stopu qoyanlara da təşəkkür eləmişəm ki, indiki anda mənim ölkədən getməyim doğru olmazdı. Nəvələr çox istəyirdi mən gəlim, indi bu stop getməmək üçün əsaslı bir dəlil oldu. Ölkənin təhlükəsizli, sərhəd, gömrük, polis xidməti olan bir yerdən necə qaçmaq olar.

DTX-da mənim Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb.

Daha sonra Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, haradan maliyyələşmə də olsun. 3 saat yarım belə mənasız məsələlər ətrafında söhbətimiz oldu.

Yorum gönder