Şimdi yükleniyor

Cemil Hasanlı: İlham Əliyevin rəhbərlik etdiyi ölkə 200 il Rusiyanın müstəmləkəsi olub

İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndə heyətini qəbul edərkən Qərbin ünvanına ağır ittihamlar deyib və bəyan edib ki, “biz Avropa deyilik”. O, qeyd edib ki, Avropanın “keçmişi müstəmləkəçilikdir. Onların keçmişi xalqlara əzab verməkdir, qanunsuz işğaldır. Bu gün də müstəmləkəçilik siyasəti Avropa İttifaqında davam edir. Amma kimsə onlara irad tutur? Yox. Ona görə Macarıstan mübarizənin ön cəbhəsindədir və mən dəfələrlə dostum Viktor Orbana demişəm ki, sizə daha çətindir. Biz burada yerləşmişik, biz Avropa deyilik, necə deyərlər, Avropa ailəsinə girmək də istəmirik, istəsəydik də heç kim bizi oraya buraxmazdı.”

Qəribədir İlham Əliyevin rəhbərlik etdiyi ölkə 200 il Rusiyanın müstəmləkəsi olub. XIX əsrin əvvəllərində Rusiya silah gücünə qan tökməklə Azərbaycanı işğal edib, burada işğal rejimi qurub, yerli əhalini assimilyasiya etmək üçün min bir oyundan çıxaıb, hər cür istismara və ayrıseçkiliyə məruz qoyub, 1920-ci ilin aprelində, 1990-cı ilin yanvarında azadlıq istəyən milləti qan içində boğub, faktiki olaraq 30 il Qarabağı işğal altında saxlayıb amma İlham Əliyev Avropanın keçmişdində və bu günündə müstəmləçilikdən söz açır.

Eyni zamanda Rusiya bu gün də dünyanın ən böyük müstəmləkə imperiyası, xalqlar həbsxanası olaraq olaraq qalmaqdadır. Həm də Rusiya müstəmləkəsində olan xalqların böyük bir hissəsi azərbaycanlılarla eyni irqdən, eyni dindən olan xalqlardır. Və belə bir sual yaranır: İlham Əliyev nədən bizimlə sərhədd olan ölkədə kök etibarı ilə qan qardaşlarımızı, eyni iman sahibi olan din qardaşlarımızı görmür, amma Avropanın keçmişində qan izləri, müstəmləkəçilik, xalqlara zülm etmək axtarır. Bəlkə Rusiya Tatarıstanı, Başkırdstanı, Kalmıkiyanı, Şimali Qafqazı, Dağıstanı, Orta Asiyanın türk-müsəlman xalqlarını gül-çiçəklə işğal edib, bizim xəbərimiz yox. Son 300 ilin xalqları azmək siyasətinin nəticəsi olaraq Sibir xalqları arasında hətta insanların ad və soy adları belə ruslaşdırılıb.

İkincisi, hakim ailə, hakim elita gizli yolla, əyri marşrutlarla ölkədən çıxardığı bütün pulları, sərvəti Avropa ölkələrinə daşıyanda onların keçmişinin qanla dolu olduğundan, onların keçmişinin müstəmləkəçilik olduğundan, onların keçmişinin xalqlara əzab vermək olduğundan bixəbər olublar? Bütün bunları indi başa düşüblər? Avropada hansı korrupsiya qalmaqalın axtarırlar içindən əliyevlər çıxır, Azərbaycan hakim elitası çıxır.

Üçüncüsü, Avropanın keçmişi qanla doludursa, onların keçmişi müstəmləkəçilikdirsə və bu gün müstəmləkəçiliklə məşğuldursa, onların keçmişinin xalqlara əzab verməkdən ibarətdirsə nədən Azərbaycandan çıxarılan korrupsiya pulları ilə Avropa paytaxtlarını, məsələn Londonu məhəllə-məhəllə almısınız? Gedin müstəmləkəçiliyin qurbanı olan Seneqalda, Kinşasada, Nigeriyada, Cibutidə alın da bu oğurluq mülkələri. Özləri bu ölkədən çırpışdıqların Avropada yerləşdirir, Avropa paytaxtlarında milyardlıq mülklər alır, amma xalqa təlqin edirlər ki, onların tarıxı qanla doludur və xalqlara əzab verməkdən ibarədir.

Dördüncüsü, İlham Əliyevi də, atası Heydər Əliyev də dəfələrlə deyiblər ki, biz Avropanın bir hissəsiyik, hətta “əsrin müqaviləsini”də o tarixi qanla dolu olan ölkələrlə imzalanıb, ölkənin xarici ticarət dövrüyyəsinin az qala 70 faizi o müstəmləkəçi ölkələrin payına düşür, hökumət və parlament üzvlərin maşınların, geyimlərinin, 100 faizi Qərbdə istehsal olunur, oğurluq mülkəlinin, gizli bank hesablarının yüzə-yüz hamısı Qərbdə, Avropadadır və indi birdən İlham Əliyevin yadına düşür ki, “biz Avropa deyilik”.
Cemil Hasanlı

Share this content:

Yorum gönder