KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: İlham Əliyevin barama siyasəti də qurd saldı

Cemil Hasanlı: İlham Əliyevin barama siyasəti də qurd saldı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
303 0

Adam barama haqqında əfsanələr danışırdı. Çindən baha qiymətə tut ağacları gətirib əkdirmişdi. 3 il bundan əvvəl baramaçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə deyirdi ki, respublikanın 30 rayonunda barama yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik.

Bəs gerçək mənzərə necədir? Bu günlərdə aydın olub ki, 2020-ci ili baramaçılar zərərlə başa vurublar. “Azərİpək” MMC adlanan Şəki ipək kombinatı İlham Əliyevin barama epopeyasından 268,3 min manat zərər görüb. Yani bir il ərzində barama istehsalı 30,6% azalaraq 643,7 tondan 446,6 tona düşüb. Əgər Çindən dövlət vəsaiti hesabına valyuta ilə alınan tinglərin və barama qurdu toxumlarının alınmasına çəkilən xərcləri, səmərəsiz subsidyaları nəzərə alsaq zərər daha böyükdür. İlham Əliyevin hər dəfə günahlandırdığı bir illik AXC hakimiyyəti dövründə 5 min 222 ton, yəni indikindən 11,7 dəfə çox barama istehsal olunmuşdu və bir manatda dövlət vəsaiti xərclənməmişdi.

Adam ofşor hesablara daşıdığı ölkənin valyuta ehtiyatlarının yerini barama qurdu bəsləməklə, ipək satmaqla dolduracaqmış. Amma tut ağacı boyunca, tut yemədik doyunca. Bunun da içindən qurd çıxdı. Bir sürü qurd nəinki Çindən gətirilən tut ağaclarını, bütün məmləkəti yeyib axırına çıxıb. Adam sabah əsaslandırsa ki, fil daha məhsuldar heyvanır, həm də hərbi əməliyyatlarda istifadə edə bilərik, bütün heyvandarlığı məhv edib, fil, daha serətlə qaçan və qaçanda balasını da kisəsinə qoyan, bununla da körpə balalarını nəqliyyat yükündən azad edən kenquru saxlamaq lazımdır, təəccüblənməyin.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir