Şimdi yükleniyor

Cemil Hasanlı: Hakimiyyətin ətrafında olan mətbuat və ruzinamlər bizə yalan danışmaqda

Hakimiyyətin ətrafında olan mətbuat və ruzinamlər bizə (Əli Kərimli, Gültəkin Hacıbəyli və mən) yalan danışmaqda, şər qarışdırmaqda davam edirlər. Onların dərc etdiyi böhtan xarakterli materiallar heç şübhəsiz ki, hakimiyyət orqanlarında hazırlanıb onlara göndərilir. Qafqazinfo və ola bilsik digərləri də bizi Rusiya “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” (milyarderlər itittifaqı) bağlamaq üçün bu əşyaya dəlil kimi bu fotonu yayıb və buna müvafiq bir böhtançı yazı dərc edib.

Əvvəla adına milyarderlər itifaqı deyilən “Rusiya Azərbaycan Təşkilatları İttifaqının” yaradılmasına 2013-cü ildə cəhd edilsə də, yaradılmadı və qeydiyyatdan keçmədi. Yəni boş söz söz olaraq qaldı. İkincisi, həmin vaxt adı bu ittifaqda keçən milyarderlərin biri kimi Ağalarovlara az qala Abşeronun yarısını verib Seabreeze Baku tikdiriblər. Əgər doğrudan da yaranmamış “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” Azərbaycana qarşı idisə və Araz Ağalarov da onun mərkəzi fiqurlarından biri idisə, niyə Azərbaycanda onlara haradasa 60 milyardlıq bir layihə veriblər.

İndi gələk “dəlil” kimi təqdim edilən bu fotoya. Bu foto “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılmasına cəhd olunan 2013-cü ildə yox, 3 il sonra 2016-cı ildə çəkilib. 2016-cı ilin mart ayının 22-də Rüstəm İbrahimbəyovun böyük qardaşı Xalq Yazıçısı Maqsud İbrahimbəyov rəhmətə getmişdi. Rüstəm müəllim də qardaşının dəfni ilə bağlı Bakıya gəlmişdi. Dəfn mərasiminin haradasa bir həftə – on gün sonra biz Əli bəylə birlikdə Rüstəm müəllimlər Badamdarda “Bulaq” adlı restoranda görüşüb günorta yeməyi yemişik. Və nə vaxtdan Oskar mükafatlı Azərbaycanın Xalq Yazıçısı və ən parlaq ziyalısı Rüstəm İnrahimbəyovla foto çəkdirmək kriminal hesab edilir?

Bu foto da məhz o vaxt, 2013-cü ildə yox, 2016-cı ilin mart ayının sonunda “Bulaq” restoranının həyətində çəkilib. Bunu indi 2013-cü ildə yaranmayan, söz olaraq qalan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” ilə əlaqəyə dəlil kimi təqdim etmək cəmiyyəti aldatmaq cəhdidir və manimulyasiyadır. Eyni zamnda 2016-cı ildə Rüstəm müəllimin Milli Şuraa elə əlaqəsi və Təşkilatda bir aktiv fəaliyyəti yox idi.

Qafqazinfo yazır ki, “DTX-nin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.” Əgər tapılıbsa bu DTX-nın ucuz oyunudur. Xalqı bu qədər avam yerinə qoymaq olmaz.

AXCP-nin əsəs proqram məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub və rus qoşunları da Azərbaycandan çıxarılanda Əli Kərimli Cəbhə hökumətinin Dövlət katibi olub. Xalq Cəbhəsini Rusiyaya bağlamaq göydə günəşi danmaq kimi bir şeydir.

Ramiz Mehdiyevin məktubu deyilən şeyə gəldikdə isə hələ bu məktub yayılanda mən yazmışam ki, tamailə saxta, mücərrəd, hüquqi gücü olamayan uydurma bir sənəddir və onu istənilən adamın adından yaya bilərlər və istənilən adamın evindən tapa bilərlər. Milyarderlər İttifaqının hansısa sənədinin Əli Kərimlinin evindən çıxmasına gəldikdə bunu uyduranlar görünür məktəbli olanda fantastic- macəra ədəbiyatı kimi Baron “Münhauzenin sərgüzəştləri”in çox oxuyublar.

Axı necə olur ki, bu ölkədə bütün dövlət çevrilişləri, zor gücünə konstitusiya qurluşunu dəyişməyə cəhd mütləq gəlir məhz Əli Kərimliyə çıxır. Nardaran hadisələrində şiə radikalizmi, Güləçilikdə süni Fətullaçılıq zəmində, Gözəl xanım və Əfqan Muxtarlı saxta ittihamla həbs olundan bəyan edilən mövcud hakimiyyəti devirməyin başında Əli Kırimli İttiham edilirsə, deməli Əli Kərimli sizin üçün qorxulu yuxuya çevrilib. İndi də Rusiya ilə əlaqəni uydurmusunuz.

Nə AXCP-nin, nə Milli Şuranın rəhbəriyi, nə də yazıda adları keçən Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənlini Rusiyaya bağlamaq, uydurma milyarderlər ittifaqı ilə əlaqələndirmək yerimir, bunu xalqa sırıya bilməzsiniz. Biz və təmsil olunduğumuz təşkilatların elə əsas hədəfi Rusiyaya qarşı mübarisə, rus asılılığından qurtarmaq olub.

Azərbaycan hakimiyyət orqanlarının bu yalanı uydurmaqda məqsədi yalnız Azərbaycan xalqını deyil, həm də Qərb dairələrini bu nağıla inandırmaqdır.

Amma bunun üçün bu nağılı uyduranda bunun içərisində heç olmasa 0,1 – 0,2 faiz həqiqətin rüçeymi olsun ki, qalanını düzüb-qoşasan. Sonra da narazılıq edirlər ki, xalq bunlara niyə inanmır? Biçarə xalq bu cəfəngiyyata necə inansın?

Yorum gönder