Ağır itki oldu. Heç cürə inana bilmirəm ki, içində böyük həyat eşqi, vətən və millət sevgisi olan bir alim, bir ziyalı, bir vətəndaş artıq əbədiyyata qovuşub. Bu həm də ona görə ağırdır ki, dünyanın ta qədimdən bir qanunauyğunluğu var: valideyn övlad çiyinində, müəlim tələbəsinin çiynində bu dünyadan getməlidir. Bunun əksi olanda onun mənəvi əzabı, ruhi sarsıntıları ağır olur.
Dilavər bəyi tələbəlik dövründən tanıyırdım. O, tarix fakültəsində bizim tələbəmiz olmuşdu və 80-ci illərin sonu – 90-cı illərin əvvəllərindəki tələbə hərakatının öncüllərindən idi. Tək tarix fakültəsinin deyil, bütövlükdə universitetin, həmin dövrdəki gəncliyin ən parlaq nümayəndəsi idi Dilavər bəy. O keşməkeşli illərdə məhz onların cəsarəti və dönməz müabrizəsi sayəsində Universitetə bu gün vəfatının 66-cı ili tamam olan böyük Rəsulzadənin adı verilmişdi. Onların Universitetin Elmi Şurasının toplantısına daxil olub tribunanı ələ keçirmələri və həmin ali məktəbə Rəsulzadənin adını verilməsi tələblərini qətiyyətlə səsləndirdiyi mənzərə indi də gözümün qabağındadır.
Müxtəlif vədlər, təqiblər onları öz yolundan döndərə bilmədi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra fəal gənclər hər yerdə təqib edilirdilər. Tarix fakültəsinin rəhbərliyi də həmin vaxt fakültənin bir neçə fəal tələbəsinin adını rus komendantlığına vermişdi və sabitliyi “pozan” tələbə kimi Dilavər bəyin adı da onların arasında idi. Bu məlumatı bizə adı həmin siyadı olub komendantlığıa çağrılan Amil adında tələbə vermişdi və səhv etmirəmsə fəal hərəkatçı olan Amil bəy Qubadan idi.
Dilavər bəy vətənsevər bir gənc idi. Onun vətən və millət sevgisi, azadlıq amalı iman səviyyəsində idi. 1991-ci ilin qış tətilində tarix fakültəsinin tələbələri Dağlıq Qarabağın azərbaycanlı kəndlərini qorumaq üçün böyük bir vətənpərvərlik təşəbbüsü göstərib həmin kəndlərə getdilər. Universitetin prorektoru, tarix fakültəsinin dekanı rəhmətlik Eldar İsmayılov və mən onları vertalyotlarla kəndlərə endirdik. Atamoğlan müəllim də onlarla birlikdə kəndlərin birində qaldı. Bu vətənpərvərlik təşəbbüsünün əsas təşkilatçılarından biri Dilavər bəy idi.
Dilavər bəy istedadlı bir alim idi. Orta əsrlər dövrü Ağqoyunlu və Səfəvi tarixi ilə bağlı maraqlı araşdırmaların müəllifidir. Axıra qədər öz dəsti-xəttinə sadiq qalan bir araşdırmaçı oldu. 2-3 dəfə Türkiyəyə gedib konfranslarda iştirak edən, bəzi dini cərəyanların təsirinə düşən “modernistlərin” birinci işi Səfəvi irsinin inkar edilməsi kimi tendensiya başlayanda biz Dilavər bəyi bu irsə sahib çıxanların önündə gördük. O, pərvanə kimi Dövləti Aliyeyi Səfəviyyə irsinin başına dolanırdı, son illər bu irsin qoruyucusu rolunda çıxış edirdi. Sözün tam mənasında o, Səfəvi irsinin Hürri-Dilavəri idi.
Dilavər bəy Güney Azərbaycan sevdalısı idi. Təbriz sözü harada vardısa Dilavər bəy də orada idi. O, ardıcıl BAB-çı idi, mənəvi cəhətdən BAB-ın Babi-Alisi idi. Təbiət etibarı ilə həlim olan bu sadə ziyalı vətən və millət maraqları olan yerdə öz prinsiplərindən bir addım da geri çəkilməzdi.
O, xeyirxah bir ziyalı idi, özündən başqa hamıya kömək əli uzadırdı, hamının dərdini çəkirdi. Bir müddət əvvəl onunla bir şöbədə işləyən elmlər doktoru, istedadlı tarixçi Xeyirbəy (bəy) Milli Şuranın mitinqində iştirak edib kameraya düşdüyünə görə Prezident aparatının göstərişi ilə Tarix institutunun keçmiş rəhbərliyi tərəfindən işdən azad edilmişdi. Dilavər bəy çox narahat idi. Akademiyanın çayxanasında görüşüb müzakirə etdik, mən ictimai dəstək verə biləcəyimi dedim. Gözləməyi məsləhət bildi və danışıqlar yolu ilə Xeyirbəyi işinə bərpa edəcəyinə ümidi itməmişdi. Elə də oldu. O, dost yolunda, əqidə yolunda hər şeyə hazır olan bir ziyalı örnəyi idi.
Dilavər bəylə Bakıda, Türkiyə və digər ölkələrdə çox elmi tədbirlərdə birgə iştirak etmişdik. Alicənab, yüksək elmi intellektə və nitq mədəniyyətinə malik bir alim idi. Onun elmi intellekti vətəndaşlıq mövqeyi ilə vəhdət təşkil edirdi. Elmi düşüncəni, ziyalı mədəniyyətini, vətəndaşlıq mövqeyini sadə və səmimi şəkildə öz varlığında ifadə edə bilirdi Dilavər bəy.
Dilavər Əzmili doğru, dürüst, saf, təmiz bir ziyalı idi. Dilli-Dilavər bir millət fədaisi idi. Haqqı nahaqqa verməzdi. Milli idellara könül vermiş haqq aşiqi idi. Milli yaddaşda yeri görünəcək bir itki oldu. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Öz parlaq şəxsiyyəti ilə adını və əməllərini yaddaşlara hopdurmuş bir ziyalı idi Dilavər bəy. Xatirəsinə sayqılar!

Prof Dr Cemil Hasanlı
Cemil Hasanlı: Dilavər bəy haqqında vida sözü yazmaq mənim üçün çox çətindir
359 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.