KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Dağlıq Qarabağ ətrafında müzakirələr səngimək bilmir.

Cemil Hasanlı: Dağlıq Qarabağ ətrafında müzakirələr səngimək bilmir.

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
278 0

 

Qarabağda 44 günlük müharibədən iki il yarım keçsə də, keçmiş Dağlıq Qarabağ ətrafında müzakirələr səngimək bilmir. Və həm də bu müzakirələr yalnız siyasətçilər arasında deyil, erməni əsilli tarixçilər və politoloqlar tərəfindən də davam etdirilir. Bir müddət əvvəl ABŞ-ın Nebraska-Lincoln Universitetinin Tarix kafedrasının professoru Bedross Der Matosyanın “International Journal of Middle East Studies” jurnalında dərc olunmuş “Orta Şərq Araşdırmalarında erməni məsələlərinə və 2020-ci ildəki Arsax müharibəsinə qarşı ikili münasibət”( Ambivalence to Things Armenian in Middle Eastern Studies and the War on Artsakh in 2020) adlı məqaləsin oxumuşdum.

Məqalədən belə çıxırdı ki, sanki 1921-ci ilə kimi Qarabağın dağlıq hissəsi Ermənistanda olub və həmin ilin iyulunda Stalin Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun toplantısına gəlib və Qarabağı Ermənistandan alıb Azərbaycana verib. Bu azdırıcı tezis erməni tarixşünaslığında geniş yayılıb və təəssüf ki, onlar Qərbdə çoxlarını faktlarla və sənədlərlə təsdiq olmayan bu tezisə inandıra biliblər.

Yazıda bundan başqa da razılaşmadığım məqamlar var. Ona görə də, Professoru Bedross Der Matosyanın məqaləsində razılaşmadığım məqamlarla bağlı fikir və mülahizələrimi “Qarabağ müharibəsi: mülahizələrlə həqiqətlər arasında” (War on Karabakh: Between Stories and the Truth) adlı bir yazı hazırladım və həmin yazı bu günlərdə Bakı Araşdırma Mərkəzinin (Baku Research İnstitute) saytında dərc edildi.

Yazının Azərbaycan və ingilis dilində olan tam mətni ilə şərh bölümünə qoyulmuş linklərdə tanış ola bilərsiniz. Ümid edirəm Sizlər üçün də maraqlı məqamlar var bu yazıda.

Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir