KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Bu ruslar da ayrı cür xəyalpərvərdirlər

Cemil Hasanlı: Bu ruslar da ayrı cür xəyalpərvərdirlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
288 0

Ötən soyuq müharibədə dimdiyindən ilişmiş rus qırğıları indi də yeni soyuq müharibədə qələbə çalmaq istəyirlər. 3 gün əvvəl Sergey Karaqanov yazır ki, “bu soyuq müharibədə qalib gəlmək şansımız böyükdür. Lakin mübarizə milli qüvvələrin böyük gərginliyini, hücum ideologiyasının işlənib hazırlanmasını tələb edəcək. O, sadəcə, həyatqabiliyyətli ənənələrə söykənməməlidir, gələcəyə hədəflənməlidir.” Bütün rus hakim elitası uşaqlarını Qərbdə oxutdurur, hələ yeni soyuq müharibədə Qərb üzərində qələbə şansından danışırlar. Bunlara deyən yoxdur ki, axı siz o müharibənin soyuqunda yox, İkinci dünya müharibəsi kimi istisində qələbə çaldınız çaldınız, amma qələbə paradının hesabatını alman mersedesində verirsiniz.

İkinci Dünya müharibəsindən az sonra 1946-cı ilin mart ayının 17-də ildə Britaniyanın Moskvadakı səfiri Frenk Roberts Xarici işlər naziri Ernest Bevinə yazırdı ki, “Kiçik Moskva dövlətinin yaranışından başlayaraq, sovet siyasətinə təsir edən mühüm bir fundamental amil mövcuddur. Bu, təbii sərhədləri olmayan və düşmənlə əhatə olunmuş bir dövlətin təhlükəsizliyinə daimi cəhdlər göstərməkdir. Bu vacib məsələdə Rusiya hökmdarları və xalqını birləşdirən ümumi qorxu Rusiya tarixində dərin kök salmışdır. Milli təhlükəsizlik məsələsi mahiyyət etibarı ilə, imperiya Rusiyasının siyasətində olduğu kimi Sovet siyasətinin də əsasında dayanır və daha çox Kremlin təkəbbürlü davranışı ilə izah edilir, xarici aləmə münasibətdə həqiqətən mövcud olan şübhələr buradan qaynaqlanır. Rusiya həmişə qonşularından daha çox geridə qalmış bir dövlət olmuşdur. Hətta bu gün Sovet İttifaqı dünyada hazırkı nüfuzuna baxmayaraq, nəinki təkcə Böyük Britaniya və ya Amerika Birləşmiş Ştatlarından, eyni zamanda Avropanın əksər ölkələrindən də geridə qalır.” 75 il əvvəl olduğu kimi bu gün də belədir. Ölkələrində normal həyat qurmaq əvəzinə Rusiyanı soymaq və talamaqla, korrupsiya pulları ilə Londonu məhəllə-məhəllə almış yeni ruslar yeni soyuq müharibədə qələbə çalacaqlarmış. 70 il kommunizmin üfüqdə “parıltısı” Rus və Rusiya xalqlarını aldatdılar, indi də yeni soyuq müharibədə qələbə çalaqcaq yeni nəsil zombiləşdirirlər.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir