KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Britaniya Milli Arxivində Şərqi Türkistanla bağlı çox maraqlı sənədlər

Cemil Hasanlı: Britaniya Milli Arxivində Şərqi Türkistanla bağlı çox maraqlı sənədlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Şərqi Türkistan demişkən mənim ötən il bu mövzuda Harvard Soyuq Müharibə Tarixi Kitab Seriyasında nəşr olunmuş “Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan” (Sincanda Sovet siyasəti: Stalin və Şərqi Türkistanda milli hərəkat” adlı monoqrafiyamı bu həftə Lexington Books – Rowman & Littlefield nəşriyatı yenidən yumuşaq (kağız) üz qabığında nəşr etdi. Görünür mövzuya maraq var və bu marağı nəzərə alaraq nəşriyyat onu yenidən çap edib. Həm də yumuşaq üz qabığında olan nəşr qiymət baxımından oxucular üçün daha əl çatandır.

Britaniya Milli Arxivinin materialları göstərir ki, ötən əsrin 40-cı illərində Şərqi Türkistan yalnız SSRİ-nin deyil, ABŞ və Britaniyanın da maraq dairəsində olub. Şərqi Türkistan Milli Hökumətinin müxtəlif fotomateriallarından komplektləşdirilmiş aşağıdakı şəkil 1947-ci ilin sentyabr ayının 10-da “Shanghai Daily News” qəzetində dərc edilib. Ortada dairənin içinə alınmış Milli Hökumətin rəhbəri Əhmədcan Qasımovdur (Qasimi), sağ tərəfdə Milli Ordunun generalı İshakbeg Munonov, yuxarıda piyada alayı (müxbir qeyd edir ki, Qırmızı Ordu forması geyinmiş bu döyüşçülərin bəzilərinin 16 yaşı vardı), ondan aşağıda solda Sincan qarnizonunun komandiri general Sung-Hsi Lian, aşağıda sağda Milli Orduda tibb bacıları kimi xidmət edən türk qəzlarıdır. Bu şəkilləri “Associated Press”in müxbiri Peggy Parker çəkib.
Ən maraqlısı isə Amerika Tədqiqat Qrupunun Şərqi Türkistanla bağlı hazırladıqları aşağıdakı xidməti xəritələrdər. Birinci xəritədə Şərqi türkistanın vilayətləri və onların sərhədləri verilib. İkinci xəritədə dil amilinə görə Şərqi Türkistanın etnik-milli mənzərəsi verilir. Orada türk dilində danışan əhali, Monqol dilli əhali, Çin dilində danışan əhali, qarşısıq dilli bölgə və Monçu dilində danışan əhalinin etnik coğrafiyası göstərilir. Görünürdüyü kimi Şərqi Türkistanda əhalinin mütləq əksəriyyətini Uyğurlar və digər türk xalqları (ikinci yerdə qazaxlar gəlir) təşkil edir. Həmin dövrdə Şərqi Türkistanda Çinli əhalinin sayı bütün əhalinin 5 faizi ətrafında idi. Bu xəritə yalnız tarixçilər üçün deyil, dilçilər üçün də maraqlıdır. Üçüncü xəritədə isə Şərqi Türkistanın yolları təsvir edilir.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir