KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Blinken Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb

Cemil Hasanlı: Blinken Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
140 0

“Azadlıq” radiosu yazır

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb.

Dövlət Departamentinin məlumatına görə, A.Blinken Ermənistanla Azərbaycanın sülh sazişinə doğru davamlı irəliləyişini etiraf edib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrarlayıb: “Dövlət katibi… Azərbaycanla konstruktiv əməkdaşlığın vacibliyini vurğulayaraq ABŞ-nin COP29-un (BMT iqlim konfransı) uğurlu keçməsinə köməklik göstərməyə sadiq olduğunu bildirib. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”.

Azərbaycan Prezidentinin mətbuat xidməti Blikenin ” Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb” sözlərini təhrif olunmuş formada ictimaiyyətə təqdim edib. Telofon danışıqlarının insan haqları və siyasi məhbuslarla bağlı hissəsi haqqında Dövlət Departamentinin yaydığı məlumatla Prezident Aparatının yaydığı məlumat arasında ciddi fərqlər var.

İkinci mühüm xəbər bu günün Milli Məclisin özünü buraxmasıdır. Fikrimizcə növbədənkənar parlament seçkiləri sentyabr ayının ortalarına təyin ediləcəyi gözlənilir. Məktəbsiz seçki olmaz. Yəni məktəblərdə dərslər başlayana. Çünki hakimiyyətin əsas saxtakarlıq bazası məktəblərdədir. Valideyinlərin səfərbər edilməsi, karusel dəstələrinin formalaşması, seçki məntəqələrində işləyən müəllimlərin kütləvi saxtakarlığa cəlb edilməsi bilavasitə məktəblərlə bağlıdır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir