KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Kesley Rice Azərbaycan teatr tarixindən maraqlı bir araşdırma yazıb

Cemil Hasanlı: Kesley Rice Azərbaycan teatr tarixindən maraqlı bir araşdırma yazıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
78 0

Doktor Kesley Rice Georgia ştatındakı Berry College-də tarix üzrə assistant professordur. Azərbaycan teatr tarixindən maraqlı bir araşdırma yazıb. Bu yaxınlarda “Iranian Studies” jurnalının 2021-ci ildə nəşr olunan 54-cü toplusunun 3-4-cü saylarında onun “Emissaries of Enlightenment: Azeri Theater Troupes in Iran and Central Asia, 1906–44” (Aydınlatma elçiləri: İran və Mərkəzi Asiyada Azəri teatr truppaları, 1906-44) adlı maraqlı məqaləsi dərc olunub.

Müəllif yazır ki, əsrlərin qovuşuğunda (XIX-XX əsrlər) Azərbaycan ziyalıları Rusiya, Osmanlı və İran imperiyalarının üçbucağında özünəməxsus missiyalarını dərk edərək, imperiyalararası islahatçılıq rolunu öz üzərlərinə götürmüşdülər. Bakıdan İstanbula, Təbrizə, Tehrana, Buxara və onların hüdudlarından kənara nisbətən asanlıqla hərəkət edən Azərbaycan maarifçi ziyalıları bütün regionun türk-müsəlman əhalisi arasında sosial və mədəni islahatları irəli aparmaq üçün heç nəyi əsirgəmədilər.

Məqaləni hazırlayarkən xanım Rice Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivində də çalışıb, Azərbaycan müəlliflərinin əsərlərindən, teatr xadimlərinin xatirələrindən istifadə edib. Məqalədə Rusiya, Osmanlı, İran imperiyaları üçbucağında Azərbaycan ziyalılarının mədəniyyət elçiləri missiyası qabarıq şəkildə öz əksini tapmışdır. Araşdırmanın tam mətni ilə şərh bölümündə yerləşdirilən linkdə tanış ola bilərsiniz. Ölkəmizin mədəni irisin tanıdılması baxımından maraqlı və əhəmiyyətli bir yazıdır.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir