KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Azerbaycan’da karantina niye uzatıldı

Cemil Hasanlı: Azerbaycan’da karantina niye uzatıldı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
148 0

Cop-29 keçirməyə hazırlaşan ölkə karantin rejimini oktyabr ayına qədər uzatdı. Səbəb kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” göstərilib. Bunu əsas tutaraq Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

İndi COVİD-19-u Azərbaycanda zərrəbinlə axtarsa da tapmaq olmaz. Uşaq da bilir bu yalandır. Və necə utanmadan millətə yalan danışırlar. COVİD-I9 bəhanə edib 4 ildir quru sərhədləri bağlı saxlayırlar. Siyasi azadlıqları məhdudlaşdırırlar. Total polis rejimi yaradırlar. Bu karantin məsələsi açıq şəkildə anti-konstitusyondur. Millətin hərəkət azadlığını qapatmaqdır. İş gəlib o yerə çatıb karantini bəhanə edib Qazaxdan Bakıya gələn vətandaşdan passport-vəsiqə tələb edirlər.

Aprel ayının sonlarında İlham Əliyev ölkənin quru sərhədlərin qapalı saxlanmasının izahını belə vermişdi ki, “Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”. Baş nazir isə karantini 4 ildir COVİD-19-la əsaslandırır. Millətdə fikirləşir görəsən bunların hansı doğru, hansı yalan danışır. Əslində ikisi də. Dövlət rəsmiləri yalan danışırlsa vətəndaşın, xalqın, millətin olan-qalan etimadın da itirir.

Karantin tək siyasi azadlıqları məhdudlaşdırmaqla bitmir, tək hərəkət azadlığını məhdudlaşdırmır. Karantin millətin mənəvi-sosial həyatına ağır zərbə vurur, dolanışıq imkanların əlindən alır. Əliyev ailəsi bu millətlə nökər kimi rəftar edir. Gürcüstan azərbaycanlıları ölüsünə skype ilə ağlayır. Sərhədyanı ticarət qadağan edilib. Gərək hamı Əliyevlərin ailə dükanlarından alış-veriş eləsin. Karantin həm də ailə monopoliyası iqtisadi monopoliya yaratmağa xidmət edir. Heç kəs sərhəddin bir tərəfindən balasına 5 kq düyü gətirə bilməz. Quru sərhədi qapadıb təyyarə biletlərin od qiymətinə qiymətinə qaldırıblar. Karantın rejimi adamları saxta ittihamla tutmağa əlavə imkanlar verir. Qapalı cəmiyyət yaratmaq ailə-feodal rejiminin idealıdır. COVİD bunların əlinə göydəndüşmə olub. Çətin ki, bundan əl çəksinlər. Karantin artıq milli zülm məzmunu daşıyır.
Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir