KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Azərbaycan hakimiyyətinin “Pegasus” casusluq proqramı ile vətəndaşlarını dinləməsi və izləməsi dövləti cinayətdir

Cemil Hasanlı: Azərbaycan hakimiyyətinin “Pegasus” casusluq proqramı ile vətəndaşlarını dinləməsi və izləməsi dövləti cinayətdir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
302 0

Azərbaycan hakimiyyətinin İsrailin NSO Group “Pegasus” casusluq proqramı və digər gizli texniki vasitələrlə öz vətəndaşlarını dinləməsi və izləməsi dövləti cinayətdir. Hər halda törədilən cinayətin miqyası dinləmə və izləmədən daha genişdir.

Burada dövlətin öz vətəndaşlarına qarşı törədyi antikonstitusyon əməldən: hüquqi, siyasi, sosial, özəl həyata müdaxilə, milli və transmilli, mənəvi cinayətlərdən söhbət gedir. Həm də bu cinayət əməlli sistemli və silsilə xarakteri almaqla fasiləsiz davam edib, gündəlik təkrar olunub. Cinayət şüurlu şəkildə törədilib və İlham Əliyev başda olmaqla vəzifəli şəxslərdən ibarət mütəşəkkil dəstə tərəfindən həyata keçirilib. Müxalif dairələr, siyasi partiyaların və hərəkatların rəhbərliyində tmsil olunan şəxslər, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər təşkilatı fəalları, inanclı insanlar, müxtəlif peşə sahibləri, o cümlədən vəkillər, ayrı-ayrı vəzifəli şəxslər və hətta sadə vətəndaşlar fərdi və qrup halında izləniliblər.

Dinləmə və izləmənin nəticələrindən siyasi rəqibləri təqib etmək, ləkələmək, azad sözü boğmaq, mətbuatı susdurmaq, peşə fəaliyyətinin yerinə yetrilməsini önləmək, kütləvi həbslər həyata keçirmək, rəqiblərə qarşı ssenariləşdirilmiş əməliyyatlar keçirmək, kriminal, kleptokratik, korrupsioner ailə hakimiyətini qorumaq və daha da möhkəmləndirmək, avtoritarizm və totalitarizmi bərqərar etmək məqsədləri üçün istifadə edilib.

Görünən odur ki, Azərbaycan cinayət məcəlləsinin elə bir maddəsi və hər hansı maddəsinin elə bir bəndi və yarımbəndi yoxdur ki, bizim Müzəffər və onun mütəşəkkil “çete” şəbəkəsi cinayət – həm də dövlətin resurslarını cəmiyyətə qarşı səfərbər etməklə qanunsuzluq törətməmiş olsun. Heyrətamiz məqamlar hələ qarşıdadır.

Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir