KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Aşıq Ələsgərin adını daşıyan Ələsgərli Azərbaycanda susuz, yolsuz, qazzsız yeganə kənd deyil

Cemil Hasanlı: Aşıq Ələsgərin adını daşıyan Ələsgərli Azərbaycanda susuz, yolsuz, qazzsız yeganə kənd deyil

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
340 0

Şəmkir rayonun Ələsgərli kəndinin 1000 nəfərə yaxın əhalisi var. 28 ildir kənd əhalisi suyu eşşəklə daşıyır, qız-gəlin eşşəklə daşınan su ilə çimir. Kənddə hamam yoxdur. Su olmayan yerdə hamam necə ola bilər. 1400 il əvvəl Kərbəla çölündə belə müsibət yox idi. Yaşlı qadın deyir ki, bir eşşək yükü su üçün səhər saat 8-dən gəlmişəm, 20 eşşək yola salmışam və saat 11-də qab-qaşığı su doldura bilmişəm. Bütün əhalinin möhtac olduğu kəndin ətəyindəki bulaq zinə-zinə axır. (https://www.facebook.com/azadliqqazeti/videos/485175465957416)
Aşıq Ələsgərin adını daşıyan Ələsgərli Azərbaycanda susuz, yolsuz, qazzsız yeganə kənd deyil. Ölkənin dağ kəndlərinin çoxu bu gündədir. Uzaq məsafədən eşşəklə su daşıyıb dolça ilə çimirlər. İlham Əliyev isə ölkənin milyonların böyük səxavətlə Formula yaraışlarına, YAPalaq maşınların Bakı küçələrində şütüməsinə xərcləyir. Vətəndaşı eşşəklə su daşıyan məmləkətin milyonların mahiyyəti bəlli olmayan Formulya sərf etmək özü eşşəklikdir.
Əliyevlər imic qazanmaq üçün Azərbaycan xalqından başqa hamıya pul xərcləyirlər. Çünki azərbaycanlıların gözündəki imicə bunların ehtiyacları yoxdur. Onların imicmeykirləri də, özləri də bu millətə yaddır. Özlərinə immic düzəltmək üçün eşşəklə su daşıyan ölkənin hakim ailəsi Müqəddəs Petka məbədin təmir edir, Əfqanıstan və Pakistanda məktəb açır, Luvrü təmir edir, Vatikan katakombalarına milyonlar xərcləyir, amma haqqını və malını mənimsədiyi eşşəklə su daşıyan ölkə vətəndaşına Kərbəla müsibəti yaşadır, hər həftə bu ölkədə qadın intiharları haqqında xəbərlər yayılır, su yolunda əsir-yesir olan, vedrə suyu ilə çimən, əsgər doğan, əsgər böyüdən, şəhid verən ana-bacılara xor baxır. XIX əsrdə olduğu kimi XXI əsrdə də ölkənin su tapa bilməyən kənd əhli Həzrət Abbasa su ərizəsi yazır, öz dərdin suya danışır.
Gör neçə ildir bunlar kəndlərində eşşəklə su daşınan Qəbələdə musiqi festifalı keçirirlər. Böyük Britaniya Kral Simfonik Orkestrındən tutmuş Yohannesburq simfonik orkestri, Vyana kamera musiqisi ansamblı, İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı və sair böyük vəsaitlər hesabına Qəbələyə gətirilir. Ölkə əhalisi ağır ehtiyac içində, 70 milyard dollar xərc çəkilmiş regionlar səfalət içində, uşaq pulu deyəndə qarınlarına sancı dolur, amma imiclərinə pul tapırlar.
Qəbələ festivalının özəlliyi (və həm də “gözəlliyi”) yalnız ifaçıları xaricdən gətirmək deyil, həm də dinləyiciləri kənardan gətirməkdir. Halbuki hər biri aza qala 300 nəfərdən ibarət olan bu orkestrlərdən birinin Qəbələ festivalına gətirilməsinə çəkilən xərcə ölkənin dağ kəndlərindəki bütün eşşəkləri su daşımaqdan azad etmək olar. Yetər ki, adam olasan.
Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir