KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Aprelin 23-ü Türkiyədə uşaq bayramı günüdür

Cemil Hasanlı: Aprelin 23-ü Türkiyədə uşaq bayramı günüdür

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
301 0

Türkiyə Böyük Millət Məclisinin açıldığı gündən (1920) uşaq bayramı bu ölkədə qeyd edilir. Uşaq (cocuk) bayramı Böyük Millət Məclisinin ilk açılış günündə Mustafa Kemal Paşanın tək Türkiyə deyil, bütün dünya uşaqlarına bir ərmağanıdır. Uşaq bayramı Türkiyədə Cümhuriyyət elanından 3 il öncə qəbul edilib və türk uşaqlarının rifahlı, məsud yaşamasının yalnız mənəvi deyil, maddi təminatında da mühüm rol oynayıb. Bugün də Türkiyədə uşaqlar geniş sosial proqram, təhsil, səhiyyə, mədəniyyət sahəsində dövlət qayğısı ilə əhatə edilib.
Uşaqlara qayğı ilə bağlı daha bir faktı yada salmaq istərdim. 1946-cı ildə Güney Azərbaycan milli hökuməti hər iki valideynini itirmiş uşaqlar üçün pərvəriş evləri açıb onları dövlət qayğısı ilə əhatə etdi, millətin hər iki valideynini itirmiş körpələrinə sahib çıxdı.
Amma təəssüflər olsun ki, İlham Əliyevin 17 illik hakimiyyəti dövründə yalnız böyüklər deyil, uşaqlar da sosial qayğıdan, dövlət himayəsindən, uşaq haqlarından məhrum edildi. İlham Əliyev hakimiyyətə gəldikdən 3 il sonra, 2006-cı ildə guya əhali varlınıb, yoxsulluq 5 faizə düşüb bəhanəsi ilə uşaq pulunu ləğv etdi. Artıq 15 ildir ki, hakim Əliyev ailəsi, onun dövlət adına fəliyyət göstərən kriminal dəstəsi uşaq pulunu korrupsiya layihələrinə yönəldir, onun hesabına daha da “zəngizləşirlər”. Bugün Azərbaycanda milyonlarla uşaq normal qidalanmadan, normal səhiyyədən, normal sosial qayğıdan məhrum edilib. Onların korrupsioner və oğru “əmi və “dayıları”, “xala və bibiləri” utanıb qızarmadan ehtiyac içində olan, çörəklər imtahana çəkilən bu körpə uşaqların halal haqqını mənimsəyir, müxtəlif oğurluq yollarla uşaqlara verilməli olan vəsaitləri mənimsəyirlər.
Bunlar Avropada Petka məbədin təmir etməyə, Vatikan katakombalarını bərpa etməyə, Luvru modernləşdirməyə, mənasız Avropa yay olipiya oyunlarına 8 milyard dollar xərcləməyə, Formulanın bütün növdən olan yarışlarına 100 milyonlar verməyə, Novruzəli xana gətirdiyi toyuqlara dən də gətirdiyi kimi, Formulanın tək “idmançılarını” deyil, yapalaq maşınlarını da Azərbaycanın hesabına gətirməyin xərcin çəkməyə pul tapırlar, amma ölkənin aclıqdan gözləri çuxura düşmüş körpə balalarına uşaq pulu verməyə vəsait tapmırlar.
Pandemiya dövründə 2,8 milyon uşaq onların qəniminə çevrilmiş Əliyev rejimindən qara qəpik də görmədi. Uşaqlı-böyüklü bütün Azərbaycan Əliyevin anti-milli, uşaq pulun mənimsəyən rejiminin girovuna çevrilib. Uşaqların halal haqını verməmək üçün min-bir cildə girirlər. Büdcəni bəhanə gətirirlər. Avtoritar rejimlərdə büdcə akkardion kimi bir şeydir. Diktator hansı tərəfə çəksə o tərəfə də dartılacaq. Xalqın qəzəbini önləmək üçün Rusiya diktatoru iki gün əvvəl uşaqların sosial müdafiəsini daha da gücləndirmək proqramı ilə Dövlət Dumasına müraciət etdi. Böyük sosial yardımların heç birisi 2021-ci ilin büdcəsində nəzərdə tutulmamışdı. Əliyev rejimin yanda.ları da konsepsiya və mexanizm adı altında ehtiyac içərisində boğulan uşaqların yox, büdcənin dərdini çəkməklə rejimə sədaqət nümunəsi göstərirlər. Məşhur bir misalda deyildiyi kimi: ağanın malı gedir, muzdurun canı çıxır.
Hər il olduğu kimi bu ilin iyununda Azərbaycan büdcəsinə də yenidən baxılacaq. Əliyev, hakim ailə, onun hökumət adına ləkə olan kriminal güruhu böyüklərin haqqın yeyir, haram xoşları olsun. Amma uşaqların pulundan gözlərin çəkməlidirlər. Çəkməsələr bu millət onların sərvət düşgünü, varlanmaq hərisi olan gözlərinin odu almalıdır, gözlərinin odu ilə yanaşı uşaq pulunu da almalıdır. Ölkənin min bir ehtiyac içində olan körpələrinin haqqını mənimsəmək həm də hökumətin üzərinə götürdüyü həm yerli, həm də beynəlxalq öhdəliklərdən irəli gəlir.
Deputat, nazir adına Avropa dəllallarına milyonlarla rüşvət verən, Avropanın qədim şəhərlərini məhəllə-məhəllə alıb yan küçədən yeni qapı açmaqla izi itirən, bahalı yaxtalarda oğurluq pullar hesabına yaxbalalıq edən, beynəlxalq idman klublarının reklamına yüz milyonlarla pul xərcləyən, körpələrin pulu da daxil yalnız 2 il ərzində London ofşorlarına 4 milyard oğurluq para keçerin, Aralıq dənizinin mərkəzində yerləşən Malta adasında çirkli pullar yuma sexi açan Əliyev ailəsi və Əliyev rejimi niyə ölkənin 2 milyondan çox uşağına cüzi dolanışıq pulu verməyə can çəkir. Sabah əsgər gedəcək, vətəni qoryacaq bu uşaqların boğazından kəsib ofşorlara daşıdığınız oğurluq pullar ölkənin gələcəyin oğurlamaqdır. Millət gərək ayaqda olsun. Əliyev ailəsinin monopoliyasında olan dükanlarda uşaq yeməkləri od tutub yanır, hakim ailənin vitrinlərinə düzülmüş eqzotik meyvələrə baxanda millət cocuqlarının ağzının suyu axır, hamilə qadınlar bətnindəki körpə ilə birlikdə umsuq olur. Amma çıxmayan cana ümid çoxdur. Əliyev rejimi hansı oyunbazlığı edir etsin, xeyri yoxdur. Uşaq pulu verilməlidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir